Lövhələr reklamın vacib aparıcısıdır (Şəkil 1.51). Xarici reklam lövhələri, həmçinin, müxtəlif reklam-informasiya stendləri aiddir. İnformasiya vasitələrinin bədii tərtibatında, xüsusi olaraq, şirkət və müəssisə simvolunun əsas elementləri (xidmət nişanəsi, şirkət bloku və şirkət rəngləri) göstərilir. Restoran binasının xarici fasadında yerləşdirilən elan lövhəsi, vitrin və pannolar və xidmət işçilərinin forma geyimi – istehlakçılar üçün müəssisənin imicini (təqdimetmə və surət) yaradan şirkət, yaxud müəssisə üslubunun tərkib elementləridir.
Müəssisələrin girişində tərtibat elementli işıq lövhələri olmalıdır.
Gənclər kafesində firma yeməkləri haqqında məlumatlar müəssisənin giriş qapısında təbaşirlə lövhənin üzərində yazılır. Orta hesabla, istehlakçıların menyu və yaxud şərab kartını 3 dəqiqə ərzində gözdən keçirmələrini nəzərə alaraq menyuda yeməklər və içkilər haqqında məlumatların anlaşılan və sadə şəkildə izah olunması zəruridir. Bu da istehlakçıya tez bir zamanda menyu və şərab kokteyllərinin kartı ilə tanış olmaq, restoran, bar və yaxud kafenin işinin məğzini anlamaq və onun tematik istiqamətini qiymətləndirməyə imkan yaradır.
Hər bir mehmanxana tərkibinə kiçik həcmlərdə və ən çox populyar olan içkilər, həmçinin, kiçik çeşiddə məmulatlar - qoz-fındıq, şokolad, çörək çubuqları (duzlu və şirin) və peçenye daxil olunan şərab kartına malik olur.
Bazarlıq siyahılarının hazırlanması
Müəssisədə gündəlik menyu istehsalat müdiri, metrdotel tərəfindən tərtib olunaraq, kalkulyasiya (qiymət çıxaran) edən şəxsə verilir. Sonra isə hazır halda o, onların hər üçü (direktor, kalkulyator və istehsalat müdiri) tərəfindən imzalanır.
Restoranlar üçün xörək və məmulatların gün ərzində nəzərdə tutulan çeşidləri cədvəl 1.1-dəki kimi nəzərə alınır.