İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması
Vacib deyil ki, ticarət şirkətləri və müəssisələrinin hamısı bu siyahıda təqdim edilən bütün maddələr üzrə öz toplu qiymətlərinin uçotunu yerinə yetirsin və planlaşdırsın. Hər bir sənaye (firma) öz imkanına və istəyinə nəzərən bu maddələrin bəzisini başqası ilə planlaşdıra bilər.
İaşə qiymətlərinin strukturu deyilərkən həmin qiymətlərin ümumi həcmdə başqa-başqa xərc maddələrinin payı (faiz hesabı ilə xüsusi çəkisi) anlaşılır. Qiymətlərin planlaşdırılması və iqtisadi təhlilində onların quruluşundan istifadə olunması xüsusi əhəmiyyət kəsb edir (Şəkil 1.49).
|
Şəkil 1.49. İaşə müəssisəsinin quruluşu
|
Müəssisədə planın mal dövriyyəsi üzrə artıqlaması ilə yerinə yetirilməsi nəticəsində tədavül xərclərinin məbləği artır, əksinə olaraq, planın kəsirdə qalması nəticəsində isə xərclər üzrə məbləğdə mütləq qənaət etməyə səbəb olur. Elə buna görə də tədavül xərcləri üzrə planın yerinə yetirilməsi mal dövriyyəsinin dəyişdirilməsi ilə əlaqədar nəzərdən keçirilməlidir. Daha doğrusu, xərclər planının yerinə yetirilməsi məbləğ üzrə deyil, dövriyyəyə nəzərən faizlə, yəni onların səviyyəsı üzrə təhlil olunmalıdir.
Hər bir ticarət (xidmət) obyektinin giriş qapısında (ön tərəfdə) onun adı, mənsubiyyəti və iş rejimini əks etdirən lövhə asılmalıdır (Şəkil 1.50).
Şəkil 1.50. İaşə müəssisəsinin adı, mənsubiyyəti və iş rejimini əks etdirən lövhə