İctimai iaşə müəssisəsi bir-biri ilə əlaqəli olan 3 funksiyanı yerinə yetirir:
Bununla əlaqədar iaşə müəssisələrinin xərclərinə şəxsi istehsal ehtiyacları və satın alınan malların satışını təşkil etmə və həyata keçirmə üzrə şəxsi məhsulların istehsal xərcləri aiddir. Aparılan tədqiqatlara görə, ictimai iaşə müəssisələrinin bütün xərclərinin 50%-dən çoxu istehsal xərclərinə aiddir; təxminən 30%-i ərzaq istehlakının təşkil edilməsi xərcləri və 20%-ə qədəri isə onun həyata keçirilmə xərcləridir. İaşə xərclərinin planlaşdırılması və uçotu bir-birindən ayrı təhlil olunmur, lakin onları ayrılıqda təhlil etsək, bu bizə xərclərin daha dərindən qiymətləndirilməsinə imkan yaradacaq. İctimai iaşə xərcləri, adətən, istehsal və dövriyyə xərcləri adlandırılır.
İctimai iaşə sahəsinin xüsusiyyəti ondan ibarətdir ki, xammal hər gün birbaşa məhsul istehsalına silinir. Burada hər yüz pay yemək (məhsul) üçün normalara əsasən kalkulyasiya tərtib edilir və istehsal prosesi ilə istehlak prosesi eyni məkanda, demək olar ki, eyni vaxtda (gündə) baş verir.
Beləliklə, planlaşdırma işləri və praktik həyatda əlavə qiymətlər heç də xalis qiymətlərdən fərqləndirilmir. Elə bundan ötrü bu cür bölgü praktikada şərti olaraq qəbul edilir. Elmi cəhətdən isə onun faydası heç də az deyil.
Tək, əlavə və xalis qiymətlər arasında nisbətlər sabit qalmır. İctimai əmək bölgüsünün dərinləşdirilməsi və elmi-texniki tərəqqinin fasiləsiz inkişafı ilə malların bütöv hazır şəkildə istehlakçılara çatdırılmasında istehsal sənayelərinin rolu daha böyüyür. Bununla əlaqədar, ticarətdə “əlavə xərclər”in payı çoxalır və nisbi olaraq xalis qiymətlər azalır.