İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması
İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə aşağıdakılar aiddir:
- Sanitar gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması;
- Müəssisənin axar isti və soyuq su təchizatının təmin edilməsi;
- Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;
- Dezinfeksiyaedicidən istifadə etmək üçün müəssisənin müvafiq vasitələrlə təmin olunması;
- Dövri olaraq, ayda 1 dəfə peşəkar dezinfeksiya xidmətlərinin istifadə edilməsi;
- Müəssisənin birdəfəlik istifadə üçün nəzərdə tutulan salfetlərlə təmin edilməsi;
- Müəssisənin yetərli sayda tibbi maskalar və əlcəklərlə təmini;
- “Açıq havada ictimai iaşə xidmətinin göstərilməsinin yalnız stasionar ictimai iaşə müəssisəsinin bilavasitə bitişik ərazisində təşkili”;
- İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların təşkili;
- Mətbəx, heyət otaqları, sanitar qovşaqlar, xidmət qida qəbulu zalları, otaqlarda, habelə açıq hava sahələrində mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi;
- Qida qəbulu zalları, otaqlar və açıq hava sahələrində oturacaqların ara məsafəsinin müvafiq qaydalara əsasən müəyyənlədirilməsi - eyni masa arxasında 1m-dən az və masalararası məsafələr 2 m-dən az olmamalı;
- Hər bir masada spirt tərkibli dezinfeksiyaedici məhlulun yerləşdirilməsi;
- Müştərilərin ictimai iaşə zonalarına yalnız maskalarla daxil olmaları, maskaları olmayan şəxslərə girişdə maskaların təqdim edilməsi və yemək qəbulu zamanı istisna olunmaqla bütün digər vaxtlarda və masa tərk edildikdə maskadan istifadəyə nəzarət edilməsi;
- Kondisioner və havalandırma sistemlərinə texniki baxışın vaxtında həyata keçirilməsi və ventilyatorlar və sərinkeşlərdən istifadə edilməməsi;
- Ümumi istifadədə təyinatlı qablaşdırmalarda şəkər, duz, souslar və digər ədviyyatların verilməməsi onların yalnız birdəfəlik qablaşdırmalarda təqdim edilməsi (əgər istifadə olunursa, o zaman hər istifadədən sonra dezinfeksiya edilməsi);
- Müəssisə tərəfindən açıq havada xidmət zamanı müştərilərə örtüklərin (bürüncəklərin) verilməsinin qadağan edilməsi;
- Müştərinin hər istifadəsindən sonra salfet və süfrə kimi camaşırların dəyişdirilməsi və yuyulması.
1.6. İaşə xidməti işçilərinin fəaliyyət planı ilə bağlı elan lövhələri, qeydiyyat jurnalları və təhvil-təslim hesabatları hazırlayır
İşçilərinin elan lövhələri, qeydiyyat jurnalları və təhvil-təslim hesabatlarının hazırlanması
İctimai iaşə müəssisələrində tədavül və istehsal xərclərini təhlil etmək üçün uçot registlərinin məlumatları, ilk sənədlər, yoxlama və təftiş materialları, istehsal fəaliyyəti haqqında hesabatlar, biznes planı, mühasibat uçotu məlumatları, əmək, material, elektrik enerjisi, qaz, buxar və digərlərindən istifadə olunur. Bu da xərclərin plandan kənarlaşdırılmasının səbəblərini müəyyən etmək və xərclərin aşağı salınması üçün ehtiyatların aşkara çıxarılmasına şərait yaradır.