Aşpaz
- Müəssisədaxili nizam-intizam qaydalarının öyrənilməsi və yerinə yetirilməsi;
- Sanitariya, şəxsi gigiyena və iş yerinin gigiyenası qaydalarının yerinə yetirilməsi;
- Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının öyrənilməsi və yerinə yetirilməsi;
- İstehlakçılara xidmətin göstərilməsi prosesində peşəkar etikanın saxlanılması;
- Məhsula və iaşə xidmətlərinə aid normativ sənədlərin tələblərinin öyrənilməsi;
- Bütün kateqoriyalı işçilərin ixtisaslarının artırılması (5 ildən bir və bir dəfədən az olmayaraq qarderobçu və qapıçının çıxılması şərti ilə);
- İşçi kollektivin attestasiyasının keçirilməsi (yarım ildən bir və bir dəfədən az olmayaraq) (Şəkil 1.37).
|
Şəkil 1.37. İaşə müəssisələrində işçi kollektivi
|
Eyni zamanda, müəssisələrdə çalışan xidmət heyəti həmin müəssisənin tipinə uyğun olaraq yaxşı vəziyyətdə olan, görünən korlama əlamətlərinə malik olmayan və ləkələri olmayan forma və yaxud sanitar geyimi və ayaqqabı ilə təmin olunmalıdır. Bütün təsnifatlı restoran və barlarda qapıçı, qarderobçu, metrdotel, ofisiant və barmenin forma geyimi həmin müəssisələrdə stil birliyini təmin etməlidir (yəni eyni stildə olmalıdır). Müəssisənin işçiləri forma geyiminə müəssisənin emblemi və vəzifə və peşənin göstərilməsini əks etdirən nişanlar taxmalıdırlar.
Xidmət heyətinin davranışının peşəkar və əsas etik normaları aşağıdakılardır:
- İstehlakçılarla münasibətdə və öz vəzifə borcu çərçivəsində ədəb, nəzakət, etika və xoşrəftarlığın göstərilməsi;
- Heyət müəssisədə qonaqpərvərlik mühitini yaratmalı, istehlakçılarla münasibətdə xeyirxahlıq və dözümlülük göstərməli, təmkinli olmalı və münaqişə situasiyalarından qaçmağı bacarmalı.
Ümumiyyətlə, götürdükdə isə lüks və daha yüksək kateqoriyası olan restoran və barlarda kulinariyanın xüsusiyyətlərini bilən və digər ölkələrdə xidmətin spesifikliyi ilə dərindən tanış olan xidmət heyəti işləməlidir.
İstehlakçıların hüquqları - iaşə müəssisələrində istehlakçılara aşağıdakı məlumatlar təqdim olunur:
- Xidmətlərin ödəniş qiymətləri və şərtləri;
- Yeməklərin hazırlanma üsulu və onlara əlavə edilən əsas inqrediyentlərin siyahısı;
- Özünün istehsal etdiyi təklif olunan məhsulun firma adı;
- Hazır yeməyin payı (həcmi) haqqında məlumatlar;
- Təklif olunan spirtli içki, şüşə və onun 1 payının həcmi;
- İaşə məhsulunun hazırlanması və göstərilən xidmətlərə müvafiq olan mövcud tələblərə cavab verən normativ sənədlərə istinadlar;
- Xidmətlərin sertifikasiyası haqqında məlumatlar.