İşçilər arasında vəzifə bölgüsünün aparılması
İaşə müəssisələrinin işçiləri üçün olan tələblər zamanı aşağıdakı qiymətləndirmə kriteriyaları nəzərə alınmalıdır (Şəkil 1.36):
Bütün tip və növ iaşə müəssisələrinin xidmət heyəti sahibkarlıq formasından asılı olmayaraq daxili nizam-intizam qaydaları və müəssisənin işinin təşkilini bilməlidirlər. Xidmət heyətinin funksiyaları, vəzifələri, hüquqları və məsuliyyəti vəzifə təlimatlarında göstərilməli və müəssisənin rəhbəri tərəfindən təsdiqlənməlidir. Xidmət heyətinin vəzifə təlimatlarını hər bir ölkənin (respublikanın) xidmətlə əlaqədar qəbul edilmiş standartı (QOST R50935-96), iş və peşələrin tarif-təsnifatını əks etdirən soraq kitabçalarına müvafiq olaraq hər hansı bir müəssisənin iş xüsusiyyətləri və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almaqla müəssisənin müdiriyyəti hazırlayır.
Xidmət heyəti xidmət zamanı istehlakçıların həyatı və səhhətinin təhlükəsizliyini təmin etməlidir. Bu məqsədlə bütün heyət müəssisələrdə təhlükəsiz iş üsulları üzrə hazırlıq keçməlidir.
Bütün tip və təsnifata aid olan iaşə müəssisələrinin xidmət heyəti qarşısında aşağıdakı əsas tələblər qoyulur: