Xidmətin tezləşdirilməsi üçün masaları əvvəlcədən bəzəyirlər. Onların üzərinə səhər yeməyi üçün şkafda bişirilmiş məhsullar, çay və yaxud qəhvə ilə dolu fincanlar və qənd qoyurlar. Xidmət zamanı qonaqlar içkiləri özləri süzsün deyə çayı çaydanlarda, qəhvəni isə qəhvədanlarda vermək olar. Çörək doğrama otağında çörəkdoğrayan, masalar, rəflər və nimçələr olmalıdır. Çörəyi doğrayır və boşqablar, yaxud çörəkqabıların üzərinə qoyur, kətan salfetlərlə örtür və masanın üzərinə qoyurlar. Masaların bəzədilməsində qabların səsinin azaldılması üçün süfrənin altına rezinlə örtük salınır. Masaya veriləcək süfrə və salfetlər ofisiantların servantında saxlanılır. Fərdi salfetlərdən isə paltarların üzərinə salmaq üçün istifadə edilir.
Nahar üçün masaların üzərinə sərinləşdirici içkilər (soyudulmuş və silinmiş), meyvələr, çörək, boşqablar və yaxud salat qablarında qəlyanaltılar və şirin yeməklər ( muss (meyvə, giləmeyvə, süd və ya köpüklənmiş şokolad kütləsindən hazırlanan şirin bir yemək), krem və jele) qoyulur.
İştirakçıların qidalanmaları nağd pul və nağdsız hesabla (talonlarla) təşkil oluna bilər. Ofisiant kassirə talonu pul kimi təhvil verir. Ofisiant mətbəx və servis-barla buraxılmış yeməklər üçün kassa çekləri ilə hesablaşır. Əgər göstərilmiş tədbirlər üzrə iştirakçıların qidalanmaları nağd hesabla aparılırsa, bu halda ofisiant haqq-hesabı adəti üzrə aparır, yəni hesabı təqdim edir və pulunu alır.
İclaslar arasında fasilələr zamanı iclaslar keçirilən yerdə furşet-bar təşkil oluna bilər. İştirakçıların sayı, zalın sahəsi və formasından asılı olaraq furşet masalarından istifadə edərək oraya 2-6 metr uzunluğunda olan bir və yaxud bir neçə masa qoyulur. Onlar olmadıqda lazım olan ölçüdə masalar kvadrat və yaxud düzbucaqlı masalardan tərtib edilir. Masalar furşet banketində olduğu kimi süfrələrlə örtülür. Masaların üzərinə kiçik qablarda (salat qablarında) polietilen örtük ilə örtülmüş soyuq qəlyanaltılar və çörək, böyük qablarda isə paylaşdırılmış qastronomiya məhsulları, buterbrodlar və pirojkilər, vazalarda isə meyvələr və pirojnalar qoyurlar.
Masaların kənarlarında qəhvə, həlim (içərisində düyü və s. qaynadılması nəticəsində hasil olan qəliz su) dolu termoslar, həlim və qəhvə üçün fincanlar (kasalar) və şirə ilə dolu bardaqlar qoyulur.