Şəkil 1.29. Tıxacaçan
|
Şəkil 1.30. Somelye üçün tıxac açan
|
Restoranlarda şərab kartlarının işlənməsi və onun verilməsində əsas rol somelyeyə məxsusdur. Şərab kartlarında içkilərin adı, qiyməti və həcmi əks etdirilir.
Somelye (fransız dilində sommereier (someryer) sözü) – restoranda içkilərin verilməsi üçün məsuliyyət daşıyan, şərab və içkilərin seçimi üçün məsləhətlər verən və xidmətin sona çatdırılmasına qədər qonağa onların verilməsinə nəzarət edən bir mütəxəssisdir. Bəzi qonaqlar şərabı kartda göstərilən nömrə ilə seçir və heç bir ünsiyyətə ehtiyac duymurlar, onların əksəriyyəti isə şərab haqqında məlumat almaq istəyirlər. Belələri üçün şərabın verilməsini mərasimə çevirməyə bacaran somelye və yaxud ofisiant nəzərdə tutulmuşdur.
Somelyenin vəzifələrinə şərab kartının tərtibatı və ona müvafiq olaraq restoranda şərab ehtiyatının saxlanması daxildir. Əgər restoran şərab anbarına malikdirsə, o zaman somelye onun vəziyyətinə görə də məsuliyyət daşıyır. O həmçinin, şərabların alınmasına görə də məsuliyyət daşıyır və yaxud sifariş verilən partiyaların müzakirəsində iştirak edir.
İaşə müəssisələrində qəbul – istənilən rəsmi şəxs və yaxud hadisənin şərəfinə təntənəli səhər yeməyi, nahar və yaxud şam yeməyinin təşkili kimi başa düşülür. Qəbullar rəsmi mahiyyət daşıyır. Qəbullar vəzifəli şəxslər, əcnəbilər və şirkətlərin rəsmi gəlişləri, beynəlxalq sərgilərin açılışı və bağlanışı, ticarət sazişlərinin imzalanması və milli bayramlar ilə əlaqədar olaraq keçirilə bilər.