Ofisiantlar müəyyən zəruri peşəkar təcrübəyə malik olmalı və qonaqlara qarşı davranışda səmimi və nəzakətli olmalıdırlar. Ofisiantın xarici görünüşü böyük əhəmiyyətə malikdir. O, gözəl qamətə malik olmalı, düz dayanmalı və zərif hərəkət etməlidir. Əlləri ciblərdə saxlamaq, onları qoynunda çarpazlayaraq masa və yaxud servanta söykənərək durmaq və yaxud onları yelləmək, artıq və kəskin hərəkətlər etmək və zalda qaçmaq olmaz. Düzgün yeriş çox vaxt ayaqqabıdan asılıdır. Əgər ayaqqabı narahatdırsa, çox geyilmişdirsə, dabanları isə çox hündür və əyilmiş formadadırsa, o zaman yeriş çox ağır olur və ofisiant tez yorulur, qadınların isə bosonojka geyməyi məsləhət görülmür. Ofisiantın düzgün qaməti rahat paltarı, həmçinin, mütəmadi idmanla məşğul olmağından asılıdır.
Qadınlar kosmetikadan sadə şəkildə istifadə etməlidirlər. Bəzək əşyaları kimi nişan üzüyü və yaxud qaşsız olan ensiz üzüklər, zərif boyunbağı və sırğaların taxılmasına icazə verilir. Ofisiant-kişilərin üzləri yaxşı təraş edilməli, saçları səliqə ilə kəsilməli, qulluq edilməli və onlar təmiz dırnaqlara sahib olmalıdırlar.
Ofisiant öz üzərində bloknot, açar, şüşələrin (butulkaların) açılması üçün tıxacaçan və yaxud somelye (şərab sənayesinin bütün sahələri və şərab xidməti və şərab və qida uyğunluğu sahəsində ixtisaslaşmış, gözəl restoranlarda çalışan, bilikli və məlumatlı bir barmen və şərab mütəxəssisidir) üçün tıxac açan, diyircəkli qələm, alışqan və yaxud kibrit gəzdirməlidir (Şəkil 1.29 və Şəkil 1.30).