- Şüşə qablar və zəruri ləvazimatların bar piştaxtası arxasında yerləşdirilməsi;
- Qabaqcadan masanın bəzədilməsinin həyata keçirilməsi;
- Heyətin xidmət üçün hazırlanması.
Əsas və son (tamamlayıcı) mərhələ istehlakçıların gəlişi zamanı başlanır və onlar restorandan gedəndən sonra başa çatdırılır (Şəkil 1.25). Bu zaman nəzərə almaq lazımdır ki, istehlakçılar müxtəlif növ xidməti seçmək istəyirlər.
Restoranlarda təşkil olunan xidmət isə əsasən, aşağıdakı elementlərdən ibarət olur:
- Qonaqların qarşılanması və onların zalda yerləşdirilməsi;
- Menyu, şərab kartları və operativ təklif;
- Qəlyanaltılar, yeməklər və içkilərin seçimində məsləhətlər;
- Sifarişin qəbulu, tərtibatı və dəqiqləşdirilməsi;
- Sifarişin istehsala ötürülməsi;
- Qəbul olunan sifarişə müvafiq olaraq masanın əlavə bəzədilməsi (Şəkil 1.26);
- İçkilər, qəlyanaltılar və yeməklərin verilməsi.
|
Şəkil 1.25. Qonaqlar üçün süfrənin hazırlğı
Şəkil 1.26. Masaya yeməklərin düzülməsi
|