Əgər təhsil müəssisəsində axşam şöbəsinin tələbələri oxuyurlarsa, bu zaman iaşə müəssisəsi axşam şöbədə ikinci dərsin başlanmasına qədər işləməlidir.
Yataqxanalar nəzdində yerləşdirilən müəssisələr öz işinə, birinci növbədə, məşğələlərin başlanmasına bir saat qalmış başlayır və saat 21.00-22.00-da bitirir. Zalın iş müddətinin 10 saat və daha çox davam etməsi zamanı onun yığışdırılması üçün ümumi müddəti bir saatdan çox olmayan fasilələrə icazə verilir.
Kompleks qida rasionlarının (səhər yeməyi və naharların) işlənib hazırlanması zamanı menyuda iki variantdan az olmayan xörəklər nəzərdə tutulmalıdır.
Ali məktəblər və kolleclərdə pəhriz qidalanmasını pəhriz yeməkxanaları və yaxud pəhriz zallarında təşkil edirlər.
Pəhriz yeməkləri ayrıca paylama xətti ilə ümumi zalda təqdim edilə bilər. Ali məktəblər, kollec və liseylərdə tələbələrin bir hissəsi sosial sığorta vəsaitləri hesabına verilən göndərişlər üzrə imtiyazlı şərtlərlə pəhriz qidasını ala bilər.
İaşə obyektinin işçiləri ilə gündəlik planların razılaşdırılması
İaşə müəsisələrində xidmət prosesi dedikdə, icraçı tərəfindən yerinə yetirilən əməliyyatların məcmusu başa düşülür.
Xidmət prosesi aşağıdakı mərhələlərdən ibarətdir: