Nahar vaxtı sərnişənlərə kompleks nahar təklif edilir. Masanın bəzədilməsi kompleks xörəklər menyusuna müvafiq olaraq həyata keçirilir. Çörək qonaqlara fərdi olaraq çörək boşqablarında gətirilir.
İşin başlanmadan əvvəl ofisiant ona həvalə olunan kassa aparatı sayğacının düz işləməsini yoxlayır və hesab kitabçası, bıçağı və xırda pulu hazırlayır.
Xidmət zamanı ofisiantlar təyin olunmuş firma blankda olan çeklərlə yemək sifarişlərinin alınması və hesablaşma qaydalarına mütləq riayət etməlidirlər. Yerinə yetirilmiş sifariş hesab blankında ofisiantın imzası ilə təsdiq olunur və sərnişinə verilir.
Qatarların vaqon-restoranlarında tərkibinə pəhriz yeməkləri və uşaqların qidalanması üçün yeməklər daxil olunan və xörəklərin sərbəst seçimi ilə menyudan istifadə olunur.
Sərnişinlərə xidmət bilavasitə vaqonlarda ofisiant-daşıyıcılar tərəfindən həyata keçirilir. Mütəmadi olaraq, iş vaxtı ərzində ofisiant-daşıyıcı vaqonlardan keçərək sərnişinlərə süd məhsulları, kiçik bulkalar, sendviçlər və geniş çeşiddə hazır kulinariya məmulatları təklif edir. Eyni zamanda, o, sərnişinlərdən vaqonlara naharların gətirilməsi üçün sifarişləri qəbul edir və onları sərnişinlərlə razılaşdırılmış vaxtda sinilər və yaxud səbətlərdə gətirir. Xidmətin sona çatdırılmasından sonra isə o, istifadə olunmuş qabları yığışdırır.
Vaqon-restoranlarda xüsusi diqqət yol dəstlərinin komplektləşməsi və realizəsinə yönəldilməlidir
Sanitar-gigiyena şəraiti iş yerlərində qidanı qəbul etməyə imkan verməyən, aramsız texnoloji proseslə işləyən və nahar fasiləsi 30 dəqiqədən az olan müəssisələrdə iş yerlərindən yeməkxanalara qədər məsafə 75 m-dən çox olmamalıdır. Göstərilən kontingentlərin xidməti üçün İsveç masası üsulu ilə işləyən və yeməkləri komplektləşdirən zallardan istifadə etmək olar.
Adətən, istehsalat müəssisələri nəzdində yerləşən yeməkxanalarda layihə üçün yerlərin sayını daha çoxsaylı növbədə işləyən fəhlə və qulluqçuların sayından asılı olaraq hesablayırlar.
Göstərilən normativlər istehsalat müəssisələrində iaşə müəssisələri şəbəkəsinin təminat səviyyəsini müəyyən etməyə imkan yaradır. Yeməkxanalar ayrı-ayrılıqda müstəqil binalar və yaxud istehsalat binalarında, həmçinin, inzibati korpuslarda yerləşdirilə bilər.