Xidmətin göstərilməsindən əvvəl ofisiantların təlimatlandırılması və təlimi
Banket zalının qonaqların qəbuluna hazırlanması ilə əlaqədar bütün işlərin sona çatdırılmasından sonra ofisiantlara qida qəbul etmək və onlara forma geyimlərini qaydaya salmaq üçün vaxt verilir. Sonra isə metrdotel xidmət üçün hazırlanmış masaları qəbul edir və ofisiantların xarici görünüşünü yoxlayır. Xidmət heyətini furşet qəbulunun xüsusiyyətləri, yemək və içkilərin verilmə növbəliyi ilə tanış edir və ofisiantlar arasında vəzifələri bölüşdürür. Onlara yemək və içkilərin verilmə xüsusiyyətləri və texnikasını başa salaraq ofisiantlarla məşqin keçirilməsinə xüsusi diqqət yetirir. Bundan sonra zal və istifadə olunmuş qabların yığışdırılması üzrə onların arasında vəzifələri bölüşdürür.
Vaqon-restoranlar sərnişinlərin əyləşməsindən yeməyin verilməsinə qədər tam hazır edilməli və sutkada 12 saatdan az olmayaraq açıq olmalıdır. Vaqon-restoranlar yola düşən gün saat 9-dan 23-ə qədər, qalan günlər isə saat 22-yə qədər hər biri 30 dəqiqədən çox olmayan iki dəfə fasilə edilərək işləyir. Vaqon-restorana giriş onun bağlanmasına 30 dəqiqə qalmış qadağan olunur.
Bir qayda olaraq, adi uzun yol qatarlarında vaqon-restoran və yaxud vaqon-kafelər, turist qatarlarında isə sifarişi nəzərə alınmaqla onlardan iki-üçü mövcud olur. Qatarın təyinatı və sərnişinlərin kontingentindən asılı olaraq marşrut briqadasını komplektləşdirirlər. O, 5-7 nəfərdən ibarət olur: direktor, istehsalat müdiri, aşpaz, mətbəx işçisi, qab yuyan, iki ofisiant, həmçinin ofisiant-daşıyıcıdan.
Qatarın müəyyən məsafəyə üç sutkadan artıq hərəkəti zamanı briqadanın tərkibinə, əlavə olaraq, gecə növbəsinə aşpaz və ikinci ofisiant-daşıyıcının götürülməsinə icazə verilir. Formalaşdırılmış marşrut briqadası maddi dəyərlərlə işləmək üçün yalnız sərəncam və mühasibatlığın xüsusi icazəsinin olması zamanı vaqon-restoranda qidalanmanın təşkili üçün onun qəbuluna başlaya bilər. Marşrut briqadasının üzvləri şəxsi vəsiqələr və tibbi kitabçalara, direktor, istehsalat müdirləri və mətbəx işçiləri isə bundan başqa, avadanlığı işlətmək üçün hüquq verən vəsiqələrə malik olmalıdırlar.
Ofisiantlar bilavasitə vaqon-restoran və yaxud vaqon-kafenin direktoruna tabedirlər. Ofisiantların əsas vəzifələri salonlarda xidmət etməkdən ibarətdir.