Çətin həzm olunan yeməklər nahar menyusu, banket menyusu, səhər menyusu və furşet menyusunda tərtib oluna bilər. Ancaq çətin həzm olunan yeməklər şam menyusunda istifadə edilməməlidir. Səhər yeməyi menyusuna isə kərə yağı və pendir daxildir.
Banket və toy menyularında salatlar, suda bişirilmiş ət məhsulları, qənnadı məmulatları və
qızardılmış tərəvəzlər verilir (Şəkil 1.34). İkinci xörəklər nahar menyusu, axşam menyusu,
banket menyusu, İsveç masası və ad günü menyusu tərkibinə daxildir. Soyuq xörəklərin menyu
tərtibatı qaydaların ardıcıllığı ilə verilir. Tortlar süfrəyə sifarişdən və menyu növündən
asılı olaraq verilir.
Qәlyanaltı xanaların menyusuna aiddir: kabablar, kotletlәr, buterbrodlar, piroqlar,
fәsәlilәr, ponçiklәr, düşbәrәlәr, xәngәllәr vә s..
Gündüz rasionu menyusu konfrans və müşavirə iştirakçıları üçün tədbirlərdə tərtib edilir. Tematik tədbirlər menyusu bayram günlərində tərtib edilir. İşgüzar qəbullar üçün menyular qonaqların zövqü və milliliyi nəzərə alınmaqla tərtib olunur.
Yalnız spirtli içkilərin adları siyahıda birinci göstərilərsə, onda bu, şərab kartı menyusudur. Bütün içkilərin adı, qiyməti və həcmi şərab kartı menyusunda göstərilir.
Uşaq və gənclər üçün olan kafelərdə menyu isti içkilərlə başlanaraq tərtib olunur (Şəkil 1.35). Uşaq kafesi üçün nәzәrdә tutulur:
- Uşaqlarla istehlakçılar üçün menyuya daxil olunan isti vә soyuq içkilәr;
- Şirniyyat mәmulatları, soyuq yemәklәr vә qәlyanaltılar;
- Şorbalar və ikinci isti yemәklәr;
- Süd vә turş süd mәhsulları.
|
Şəkil 1.34. Banket və toy menyusu
Şəkil 1.35. Uşaq menyusu
|