İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi
İaşə müəssisəsinin mətbəxində qida ilə təmasda olan səthlər, alət və avadanlıqların təmizliyi təmin olunmalı və işçi heyət şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidir. Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanmalıdır. Qida məhsullarına işçi heyətindən mümkün qədər az sayda insanın əllə toxunmasına icazə verilməlidir. Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır (Şəkil 1.1).
Eyni zamanda, heyvan mənşəli məhsullardan yoluxma ehtimalının aradan qaldırılması üçün mətbəxə gətirilən heyvan mənşəli məhsullar dövlət baytarlıq nəzarətindən keçirilməklə müvafiq icazə sənədləri ilə müşayiət olunmalıdır (Şəkil 1.2).
İctimai iaşə zonalarında - mətbəxdə işçi heyətinin şəxsi gigiyenaya əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət olunması, o cümlədən, xam məhsulların istifadədən əvvəl təmizlənməsi və yemək dəstləri, mətbəx avadanlıqları və çirkli səthlərin mütəmadi olaraq yuyulub təmizlənməsi təmin olunmalıdır. Zallara yemək dəstləri müəssisənin anbarından faktura ilə verilməlidir.
Şəkil 1.1. Hazır qidaların mətbəxdə ayrı-ayrılıqda saxlanması
|
Şəkil 1.2. Heyvan mənşəli məhsullar
|