Mürəbbə, cem və povidlodan kisel
Mürəbbə, cem və povidlo isti suda həll edilir və qaynama həddinədək qızdırılır. Sonra meyvələr (əgər mürəbbədən istifadə edilirsə) sürtkəcdən keçirilməklə süzülür. Alınmış qarışığa şəkər və limon turşusu əlavə edilib qaynayana qədər qızdırılır, üzərinə soyuq suda qarışdırılmış qarğıdalı nişastası əlavə edilir və yenidən qaynama həddinədək qızdırılır. Kisel stəkanlar və ya mürəbbə güldanlarına tökülür, üzərinə şəkər tozu səpilir və soyudulur (Şəkil 4.19).
|
Şəkil 4.19. Cemdən hazırlanan kisel
|