Aşpaz
Gavalı kompotunun hazırlanması
Tərkibi:
- 1 kq gavalı;
- 2 stəkan şəkər tozu.
Hazırlanması:
Gavalılar yuyulur və qazana yığılır. Qazana yığılandan sonra üzərinə şəkər tozu və təmiz su əlavə edilib güclü odun üzərinə yerləşdirilir. Su qaynayandan sonra qazın odu azaldılıb əlavə 5-10 dəqiqə bişirilir. Bişəndən sonra kompot odun üzərindən götürülüb soyudulur. Sonra süzgəcdən keçirilib bankalara süzülərək soyuducuya yerləşdirilir (Şəkil 4.11).
|
Şəkil 4.11. Gavalı kompotu
|
4.2. Reseptə uyğun olaraq giləmeyvə və müxtəlif konsistensiyalı meyvələrdən sərbəst şəkildə kisellər hazırlayır
Giləmeyvə və müxtəlif konsistensiyalı meyvələrdən kisellərin hazırlanması
Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə edilməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır.
Meyvə-giləmeyvə nişastasını kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir. Südlü və qozlu kiselləri isə qarğıdalı və buğda nişastası ilə hazırlamaq məsləhət görülür, çünki belə kisel zərif dada malik olur və onların şəffaflığı nəzərə alınmır.
Şәkәr tozu, kartof nişastası vә meyvәgilәmeyvә ekstratlarına limon turşusu әlavә edilmәklә hazırlanan desert yeyinti konsentratı kisel adlandırılır (Şəkil 4.12). Kisellәrin hazırlanması әsas siropun hazırlanması vә onun nişasta ilә bişirilmәsi әmәliyyatından ibarәtdir.
|
Şəkil 4.12. Kisel
|
Hәr 1 kq kisel üçün 40 qram kartof nişastası və 1 qram limon duzu götürülür.
Kisel eynicinsli olmalı, daxilində bərk hissəciklər olmamalı və dadı, rəngi, iyi və xarici görünüşü hazırlandığı xammala uyğun olmalıdır. Bəzən kiselin hər payına 0,2-0,3 qram hesabı ilə limon turşusu əlavə edilir.
Kisel qatı, orta qatı və duru konsistensiyalı olur. Qatı kiselin hər payına 12-15 qram, orta qatı kiselə 8-10 qram, duru kiselə isə 4-7 qram nişasta sərf olunur.
Nişasta istifadə edilməzdən qabaq 4 qat artıq su, şirə və soyuq həlimdə qarışdırılıb süz ülməlidir. Nişasta istifadə edilməzdən əvvəl 1:4 və ya 1:5 nisbətində su, şirə və soyuq həlimdə qarışdırılıb süzülməlidir.
Meyvə-giləmeyvə kiselləri üçün kartof nişastası, südlü kisellər üçün isə qarğıdalı nişastasının istifadə edilməsi məsləhətdir.