1 kq kompot üçün aşağıda göstərilənlər götürülür:
- 340 qram alma, 335 qram armud, yaxud 334 qram qara gavalı;
- 150 qram şəkər;
- 25 qram şərab;
- 1 qram limon duzu.
Konservləşdirilmiş meyvə kompotu hazırlananda meyvə konservi bankası açılıb onun içindəki meyvə krem qabı, yaxud vazalara qoyulur və üstünə bankadan şərbət əlavə edilir. Bankadakı şərbət az olarsa, buna qabaqca hazırlanıb soyudulmuş və süzülmüş şəkər şərbəti əlavə edilir (Şəkil 4.4).
Qurudulmuş meyvədən kompot hazırlananda quru meyvə seçilir, xarab meyvə xaric edilir, sonra isə yuyulub ələkdən süzülür.
Sonra isti suda şəkər əridilir və buna quru meyvə əlavə edilir; burada meyvənin əvvəlcə gecbişən (alma, armud), sonra isə tezbişən növləri şərbətə salınır ki, axırda hamısı bərabər şəkildə bişirilib hazır vəziyyətə gətirilsin (Şəkil 4.5).
Alma və armud qurusu 35-40 dəqiqə, qaysı və ərik 15-20 dəqiqə, kişmiş isə 4-5 dəqiqədə bişirilir.
Ərik kompotunun hazırlanması
Tərkibi:
- 3 litr su;
- 500 qram ərik;
- 1,5 stəkan şəkər.
Hazırlanması:
Əriklər durulanır, hər biri yarıya bölünür və çuxuru çıxarılır. 2,5 litr suya şəkər əlavə edilir, qaynadılır və 5 dəqiqə zəif odda qaynadılır. Əriklər bir qazanın içinə qoyulur, od söndürülür və kompot otaq temperaturunda soyudulur.
Xidmətə başlanmazdan əvvəl 12 saat buraxılır. Kompot üçün güclü, təzə və yetişməmiş ərikdən istifadə olunmalıdır (Şəkil 4.6).
|
Şəkil 4.4. Konservləşdirilmiş meyvə kompotu
Şəkil 4.5. Qurudulmuş meyvə kompotu
Şəkil 4.6. Ərik kompotu
|