Meyvələrdən kompotun hazırlanması
Kompot üçün təzə, qurudulmuş və konservləşdirilmiş (bankalarda) meyvə və giləmeyvələrdən istifadə edilir. Kompot bir növ və ya müxtəlif miqdarda götürülmüş bir neçə meyvə və giləmeyvə növlərindən hazırlanır (Şəkil 4.1).
Meyvә və gilәmeyvә kompotlarının maye hissәsi şәkәr mәhlulundan ibarәt olur. Kompot istehsal etmәk mәqsәdi ilә texniki yetişkәnlik dәrәcәsinә malik xammaldan istifadә olunur (Şəkil 4.2).
Bütöv halda kompot hazırlamaq üçün istifadә edilәn xammalın ölçülәri 45 mm-dәn çox olmamalıdir.
Kompot istehsalı üçün istifadә edilәn xammalların tәrkibindәki hәll olunan quru maddәlәrin miqdarı yüksәk olarsa, istifadә olunan şәkәrin miqdarı az olar.
Təzə meyvə kompotu - burada şəkər isti suda əridilib qaynadılır və şərbət halına gətirilir. Şəkərin miqdarından asılı olmaqla şərbət maye, orta qatılıqda, yaxud qatı ola bilər. Şəkər şərbətinə meyvə, yaxud giləmeyvə və essensiya qatıla , yaxud da onun içində meyvə və giləmeyvə əlavə edilə bilər. Təzə alma və armuddan kompot hazırlanması üçün bunlar yuyulur, özəyi və toxumu çıxarılır, dilim şəklində doğranılır və qabaqcadan hazırlanmış şərbətdə bişirilir; bunun içinə həm də şərab və limon duzu əlavə edilir (limon duzu kompotu qaralmaqdan qoruyur).
Süfrəyə verilən zaman bişirilib soyudulmuş meyvə kompotu krem qabı, yaxud vazalara qoyulub üstünə süzülmüş soyuq şərbət əlavə edilir (Şəkil 4.3)
|
Şəkil 4.1. Müxtəlif kompotlar
Şəkil 4.2. Giləmeyvə kompotu
Şəkil 4.3. Təzə meyvə kompotu
|