Aşpaz
7. Mimoza salatı soyuducuda ən az neçə saat saxlandıqdan sonra süfrəyə verilir?
A) 1 saat;
B) 2 saat;
C) 3 saat;
D) 4 saat.
8. Qarpız xama salatı üçün aşağıda göstərilənlərdən hansı dekor üçün istifadə olunmur?
A) Xiyar;
B) Pomidor;
C) Qarğıdalı konservi;
D) Pendir.
2. Düzgün və ya səhv cavabları seçmək
Aşağıdakı cümlələrin əvvəlində göstərilən boşluqda düzgün (+) və ya səhv (-) olduğunu işarə edin.
- [ ] Turş kələmdən istifadə etdikdə o, borşa çuğundurla birlikdə pörtlədilmiş şəkildə əlavə edilir;
- [ ] Tərəvəzlər yeməkdə dadlı inqrediyent və ya mükəmməl baza ola bilməz;
- [ ] Bağlı qabda bişirmə üsulu ilə əsasən, ət və ət məhsulları, həmçinin, tərəvəz və tərəvəz məhsullarını bişirmək olar;
- [ ] “Tərəvəzli düyü şorbası” xörəyinin hazırlanması zamanı hazır olmağına 35-40 dəqiqə qalmış qovurulmuş tomat püresi və ya pomidor, duz, istiot və göyərtilərdən keşniş və şüyüd əlavə olunur.
3. Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn sözləri daxil edin.
- Mimoza salatı qat-qat olub toyuq əti, müxtəlif bişirilmiş tərəvəzlər və yumurtadan hazırlanır, qatların arasına ..................................................... vurulur;
- Kağızda yemək bişirilərkən sobanın temperaturu ....................................... dərəcədən çox olmamalıdır.