Tərkibi:
- 170 qram kahı;
- ½ ədəd yumurta;
- 30 qram xama;
- 3 qram şüyüd səpilir.
“Azərbaycan” salatı
Təzə pomidor, xiyar və qırmızı istiot nazik dairələr şəklində doğranıb boşqaba qoyulur və ortasına doğranmış göy soğan əlavə edilir. Baş soğan halqavari doğranır, pomidorun üzərinə düzülür, duz, istiot vurulur, xama əlavə edilir, üzərinə isə doğranmış şüyüd səpilir. Kənarları yaşıl kahı yarpaqları ilə bəzədilir (Şəkil 3.21).
Tərkibi:
- pomidor 60 qram;
- xiyar 45 qram;
- göy soğan 150 qram;
- baş soğan 20 qram;
- xama 30 qram;
- şüyüd və istiot;
- duz.
Tərəvəz vineqreti
Burada qabığı soyulmuş yerkökü, çuğundur, kartof və duzlu xiyar dilim şəklində doğranır.
Sonra isə baş soğan halqa və yarımhalqa, göy soğan isə girdə şəklində doğranır, şoraba kələmi sıxılıb şirəsi çıxarılır və çox duzlu olduğu halda yuyulur.
Bu qayda ilə hazırlanmış məhsula salat aşqarı və ya mayonez sousu vurulur. Aşqarlanmış tərəvəz salat qabına qoyulur, fiqur şəklində doğranmış yerkökü, çuğundur və xiyar ilə bəzədilir, üzərinə narın doğranmış şüyüd səpilir (Şəkil 3.22). Vineqret lobya ilə də hazırlana bilər.
Tərkibi:
- 200 qram çuğundur;
- 130 qram yerkökü;
- 280 qram kartof;
- 190 qram göy soğan;
- 430 qram şoraba kələmi;
- 100 qram hazırlanmış aşqar və lobya.
|
Şəkil 3.20. Xama içində yumurtalı salat
Şəkil 3.21. Azərbaycan salatı
Şəkil 3.22. Tərəvəz vineqreti
|