Hazırlanması:
Qarpız qabığının yaşıl üst və qırmızı iç hissəsi soyulur (içini qaşıqla da qaşımaq olar). Ağ hissəsi fiqurlu bıçaqla doğranılır və çəngəllənir. 3 ç.q. soda 3 litr soyuq su ilə qarışdırılır. Qarpız qabıqları bura əlavə edilir və ağzına qapaq qoyulub 4-6 saat saxlanılır. Sonra aşsüzənə yığılıb yuyulur. 30 dəqiqə soyuq suda saxlanıb yenidən yuyulur. Sonra bu prosedur bir dəfə də təkrar lanır (yəni 30 dəqiqə suda saxlanıb çıxarılır).
Şəkər tozunun yarısı və sudan şərbət bişirilir. Qarpız qabıqları əlavə edilib bişirilir, qaynara düşəndən sonra əlavə olaraq 20 dəqiqə bişirilir. Ocaq söndürülüb 8-12 saat saxlanır. Sonra yenə ocağın üstünə qoyulur, sonra isə qaynara düşəndə şəkər tozunun qalanı da əlavə edilib 20-30 dəqiqə bişirilir. 8 saat saxlanıb 3-cü dəfə yarımşəffaf olanadək bişirilir. Sona yaxın limon, yaxud portağal sedrası, bir, yaxud iki limonun şirəsi, vanil və hil əlavə edilir. Tam soyudulub bankalara yığılır.
Çörək məhsulları bədənin kaloriyə olan ehtiyacının 60%, zülala - 35%, dəmirə - 50%, kalsiuma - 10%, vitamin B1-ə - 50%, vitamin B6-ya - 25% ödəyir.
İridənli bitkilərdən un və nişasta alınır.
Un məmulatlarının hazırlanmasında əsas xammal undur. Ona əlavə kimi hazırlanacaq məmulatın ərzaq sıralanmasında göstərilən digər qida məhsulları aşağıdakılardır:
Un - şirniyyatların hazırlanması üçün əsasən, əla və birinci növ buğda unundan istifadə edilir. Yalnız bəzi məmulatlar, məsələn, pryaniklər ikinci sort undan hazırlanır. Müxtəlif növ buğda unları fərqli yapışqanlılıq dərəcəsinə malik olur. Hətta eyni növ unların da yapışqanlılığında bəzən fərq müşahidə edilir. Yaxşı yapışqanlılığa malik olan un daha çox rütubət udur, ona görə də ondan keyfiyyətli və formasını qoruyub saxlaya bilən un məmulatı alınır.
Un müxtəlif dənli bitkilərin üyüdülməsindən alınan qida məhsuludur. Buğda, arpa, çovdar, qarabaşaq, darı və qarğıdalı kimi dənli bitki növlərindən un alınır. Un istehsalı üçün yararlı olan əsas taxıl növü buğdadır.