Kağızda bişirmə
Buxarda bişirmə üsulunda olduğu kimi kağızda bişirmə üsulu da (bu, başqa cür yağlı kağızda bişirmə üsulu da adlandırılır) ərzaqların qida dəyərini maksimum dərəcədə mühafizə etmək üçün istifadə edilən bir bişirmə üsuludur. Digər tərəfdən, bu üsulla bişirilən yeməklərin dadı və ləzzəti (hətta iyi və ya rəngi də) başqa üsulla bişirilən yeməklərin dadı və ləzzəti ilə müqayisədə daha yaxşı mühafizə olunur. Buna səbəb isə kağızın qidaların hüceyrə toxumalarına ziyan verməməsidir.
Həmçinin bu üsulla ərzaqlar tamamilə öz suyunda bişirilir, beləliklə həm dadı, qoxusu, həm də rəngləri qorunur. Digər tərəfdən, kağız qidaların tərkibində olan vitaminləri də mühafizə edir. Bu isə ərzaqların qida dəyərini qorumaqla yanaşı, eyni zamanda ərzaqların həzmini də asanlaşdırır. Buxarda bişirmə üsulunda olduğu kimi kağızda bişirmə üsulunda da bişirmə müddəti düzgün müəyyən edilməlidir (Şəkil 3.8).
Kağızda bişirmə üsulundan istifadə edilərkən, əsasən, aşağıdakılara diqqət etmək lazımdır: