Yeməyin hazırlanması
“Tərəvəzli düyü şorbası” xörəyinin hazırlanma texnologiyası
Qaynar həlim və ya suya yuyulmuş düyü əlavə edilir, qaynama həddinə çatdırılır, sonra isə dilim şəklində doğranmış yerkökü və kərə yağında qovrulmuş cəfəri, əvvəlcədən pörtlədilmiş, sonra qovrulmuş baş soğan əlavə edilir və qaynadılır.
Hazır olmağına 5-10 dəqiqə qalmış qovrulmuş tomat püresi və ya pomidor, duz, istiot və göyərtilərdən keşniş və şüyüd əlavə olunur (Şəkil 3.4).
|
Şəkil 3.4. Tərəvəzli düyü şorbası” xörəyi
|
Keyfiyyətinə qoyulan tələblər
Xarici görünüş – şorbanın maye hissəsində tərəvəzlər öz doğranmış formasını saxlamışdır, səthində yağ vardır, göyərti də ola bilər.
Dad və qoxu - tərəvəzlərə xas olan şirintəhər turş dad, bişirilməmiş tərəvəz dadı yoxdur.
Rəng – çəhrayı-qırmızı, səthində olan yağ isə narıncı rəngdədir.
Konsistensiya – tərəvəzlər yumşaq, maye və bərk hissənin nisbəti isə gözlənilir.
Tərəvəz yeməklərində hər şeydən əvvəl onların dadı, qoxusu, görünüşü və süfrəyə verilmə qaydası cəlbedici olmalıdır. Gündə 5 dəfə tərəvəz və meyvə yemək qaydası yadda saxlanmaqla yanaşı, eyni zamanda aşağıdakı prinsiplərə riayət edilir:
- Təzə tərəvəzlər seçilən zaman düzgün yetişdirilmiş, yəni möhkəm və dəymiş olanlar seçilir. Dondurulmuş tərəvəzlər alındıqda isə diqqət etmək lazımdir ki, onlar tamamilə dondurulmuş, quru və bir-birinə yapışmamış olsun;
- Tərəvəzlər yuyulur və qabığı nazik-nazik soyulur. Çünki qidalandırıcı maddələrin əksəriyyəti elə məhz qabığın altında olur;
- Qabığı soyulandan sonra tərəvəzlər dərhal təmiz suda yaxalanır, lakin isladılmır, çünki islanma tərəvəzlərin tərkibində olan qiymətli qidalandırıcı maddələr (B və C qrup vitaminləri suda həll olunur) və mineralları dağıdır;
- Yarpaqlı tərəvəzlər yuyulur, yarpaqları ayrılır və suyu dəyişdirilir. Tərəvəzlər və yarpaqlar zədələnmədən suyu boşaldılır;
- Yuyulmuş, soyulmuş və ya doğranmış tərəvəzlər qaynar duzlu su və ya buxarda bişənə qədər bişirilir. Tərəvəzləri bişirmək üçün onların üstünə soyuq su əlavə etmək düzgün deyil;
- Tərkibində karotin olan tərəvəzlər bir az yağ qatılaraq bişir ilməlidir (məsələn, zeytun yağı). Meyvəköklülər və paxlalar ağzıörtülü şəkildə bişirilməlidir. Kələm fəsiləsindən olan tərəvəzlər əvvəl açıq tavada, bir neçə dəqiqədən sonra isə ağzıörtülü şəkildə bişirilir;
- Bişirmə vaxtı minimuma endirilir. Tərəvəzlər yumşalana qədər yüksək temperaturda bişirilir;
- Salatlar üçün tərəvəzlər qabığı ilə bişirilir və onlar soyulmamışdan əvvəl soyudulur;
- Çiy tərəvəzlərdən hazırlanan salatlar son anda, yəni süfrəyə verilmədən əvvəl hazırlanır;