- Qida məhsullarının dadını müqayisə üsulu ilə uyğunlaşdırın
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Dequstasiya zamanı məhsulun rəngi, dadı, təravəti, təmizliyi, buketi, iyi və kənar qarışıqların olmasını unutmayın;
- Sınaqdan keçirilmiş məhsulların bütün növlərini diqqətdə saxlayın;
- Eşitdiyiniz hər ləzzət və qoxunu xatırlayın;
- Dad və qoxu xüsusiyyətlərini mümkün qədər ətraflı təsvir edin;
- Məhsulun bütün müsbət və mənfi cəhətlərini göstərən qeydlər aparın;
- Sınaqdan keçirərkən məhsulun dadı və görmə keyfiyyətlərini diqqətdə saxlayın;
- Dequstasiya prosesini yeməkdən 1,5-2 saat sonra keçirməyi nəzərdə saxlayın;
- Bir dequstasiya prosesində 10-dan artıq məhsulu dequstasiyadan keçirməməyi unutmayın;
- Açıq dequstasiyada məhsulun tam xüsusiyyətləri və istehsalçı barədə bütün məlumatları göstərməyi diqqətdə saxlayın; Qapalı (anonim) dequstasiyada isə ancaq nümunənin nömrəsi və hansı ilin məhsulu olduğunu göstərməyi nəzərdə saxlayın.
|
- Basdırma-kababı ona qarnirlər əlavə edərək hazırlayın
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Əti doğradıqdan sonra tikələri emallı qaba qoymağı unutmayın;
- Doğranmış ətlərin üzərinə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi və ya nar əlavə edərək hamısını bir yerdə qarışdırın;
- 3–4 saat ərzində soyuq yerdə basdırma olması üçün saxlayın;
- Közlərin atəşlənib yanmamasını diqqətdə saxlayın;
- Basdırma kababın tamı daha xoş olsun deyə, onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarın;
- Kababı bişirib süfrəyə verəndə yanına qarnir əvəzinə, soğan, limon, yaxud şişdə bişirilmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyun.
|