Qida qəbulu səhər yeməyində 30-35 dəq., nahar yeməyində 45-50 dəq., şam yeməyində isə 35-40 dəq. müddətində başa çatdırılmalıdır. Qəlyanaltı və quru (ikinci) xörəklər yeyildikdə arabir mineral su, spirtsiz içki, meyvə şirəsi və kəmşirin şərbət içilməlidir. Uzun müddət süfrə arхasında oturmaq və 3-4 saat müddətində aramsız qida qəbulu orqanizm üçün ziyandır.