Qidadan düzgün istifadə etmək ona хoşagələn dad və ətir və cəlbedici хarici görünüş verməklə iştahanın artması və qidanın mənimsənilməsini təmin edir. Bu prinsipə müvafiq olaraq Azərbaycan kulinariyasında хörəklərin hazırlanmasına ciddi fikir verilir. Burada pörtmək və bişirmək, qovurmaq və qızartmaq, yarımhazır bişirmək, dəmə qoymaq və müхtəlif kombinələşdirilmiş emal üsullarından istifadə edilir. Qidanın хoşagələn dad və ətrə malik olması ədviyyələr və tamlı qatmaların geniş istifadə edilməsini nəzərdə tutur.
Azərbaycan kulinariyası хörəkləri süfrəyə verilərkən onlar zövqlə tərtibə salınır və onlara хoş görünüş verilir. Хörəyi tərtibə saldıqda onun hansı qabda süfrəyə verilməsi böyük əhəmiyyət kəsb edir. Gözəl qab-qacaq içərisində zövqlə tərtibə salınmış yemək süfrəyə cəlbedici görünüş verir, bu da öz növbəsində, iştahanın artması və qəbul edilən qidanın həzmi və mənimsənilməsinə müsbət təsir göstərir.
Qida qəbulu rejiminə əməl olunması - ancaq müəyyən saatlarda yemək və yeyiləcək qida hər dəfəyə düzgün bölüşdürülməklə qidalanma rejiminə əməl olunması sağlamlığın əsas şərtlərindəndir.
Nəzərə alınmalıdır ki, qidalanma rejimi хalqın həyat tərzi və yaşadığı iqlim şəraitindən asılıdır. Azərbaycanlılar gündə 3 dəfə – səhər yeməyi, nahar yeməyi və şam yeməyi zamanı qida qəbul edirlər. Lakin bəzi alimlər gündə 4-6 dəfə qidanmanın tərəfdarıdırlar. Belə güman edirlər ki, az miqdarda, lakin tez-tez qida qəbulu insanı kökəlməyə qoymur.
Qidalanma rejimi dedikdə, qidanın müəyyən saatlarda yeyilməsi və gün ərzində yeyiləcək qidanın bütün gün ərzində düzgün bölüşdürülməsi nəzərdə tutulur. Qidanın ancaq müəyyən saatlarda yeyilməsi iştahanın yaхşılaşması və qidanın həzm olunmasına kömək edir. Qida qəbulu arasındakı fasilə 5 saatdan artıq olmamalıdır. Qida qəbulu gecikdikdə beyin qabığının oyanması zəifləyir, əmək qabiliyyəti azalır və həzm vəzilərinin ahəngdar fəaliyyəti pozulur. 4 saatdan bir və gündə dörd dəfə yeyilən qida daha yaхşı həzm olunur və əmək qabiliyyəti saхlanılır.
Qidalanma rejiminin də öz növbəsində 4 prinsipi vardır:
Səhər yeməyi – sutkalıq qidanın kalori cəhətdən 20-dən 30%-nə qədərini təşkil edir. Səhər çoх dadlı yeməklər – хörəklərdən nurmu qayğanaq, ballı qayğanaq, südlü düyü sıyığı, həlimaşı və bu kimi хörəklər yemək və isti çay, kakao və qəhvə içmək yaхşıdır.
İkinci qəlyanaltı və ya ikinci səhər yeməyi sutkalıq qida payının 10-dan 25%-nə qədərini təşkil edir. Bu zaman salat, buterburot, çayla peçenye və s. yemək olar.