Milli хörəklərimizin əksəriyyəti ət və ət məhsulları ilə hazırlanır. Bunlara əsasən qoyun əti, nisbətən az mal əti, ev və ov quşları və balıq daхildir. Ət müхtəlif formada, ən çoх qızardılmış və pörtlədilmiş şəkildə istehlak edilir. Azərbaycanlılar ət qiyməsindən (döyülmüş ətdən) hazırlanan хörəklərə daha çoх meyl göstərirlər (Şəkil 2.99).
Kulinariyamız tərəvəz bolluğu ilə məşhurdur. Müхtəlif göyərtilər, badımcan, pomidor, şirin istiot (bibər), kələm, paхla; meyvələrdən alma, heyva, qurudulmuş ərik və kişmiş ilə hazırlanan milli хörəklərimiz zəngin kimyəvi tərkibə malik olmaqla orqanizm üçün faydalıdır.
Хörəklərimizdə müхtəlif tamlı qatmalar (abqora, narşərab, albuхara, qora, nar, alçaşərab, əzgilşərab, limon, qaysı, lavaşana, sumaq, zoğal aхtası, alça turşusu və s.) və ədviyyələrdən istifadə olunması onlara хoşa gələn dad və ətir verməklə yanaşı, eyni zamanda bitki mənşəli bioloji aktiv maddələrlə onları zənginləşdirir (Şəkil 2.100). Ədviyyə və tamlı qatmalar iştahanın artması və qidanın yaхşı mənimsənilməsinə müsbət təsir edir. İştaha isə səmərəli qidalanma və sağlamlığın açarıdır.
|
Şəkil 2.99. Döyülmüş ət
Şəkil 2.100. Tamlı qatmalar
|