Adi xəmirdən pirojki, tort və peçenye hazırlanır. Bu məmulat növləri 240-260 dərəcə temperaturda bişirilir.
1 kq adi xəmirdən bişirilən kökələr üçün burada təxminən 600 q buğda unu, 300 q şəkər, 1-ci sortdan aşağı olmamaqla, 100 q kərə yağı, 180 q xama, 55 q yumurta və 20 q soda bikarbonat götürülür.
Biskvit xəmirinin hazırlanması və tərtibi - biskvit xəmiri iki üsulla, yəni soyuq və isti üsulla hazırlanır.
Soyuq üsulla biskvit xəmiri hazırlananda yumurtanın sarısı ağından ayrılıb şəkərlə birlikdə əzilir və içinə buğda unu vurulub xəmir yoğrulur, sonra ehmalca bunun içinə köpükvari vəziyyətə çatana qədər çalınmış yumurta ağı qatılır.
İsti üsulla biskvit xəmiri hazırlananda yumurta şəkərə qatılıb arasıkəsilmədən çalınması şərtilə 45-50 dərəcə temperatura qədər qızdırılır və sonra qızdırılması dayandırılaraq həcmi 2½-3 dəfə artınca yenə çalınır. Bundan sonra buğda unu qatılıb xəmir yoğrulur.
Soyuq və isti üsulla hazırlanmış biskvit xəmiri içinə ağ kağız sərilmiş (yarıya qədər) dərin tavalara qoyulub 200-220 dərəcə temperaturda bişirilir.
Hər 1 kq bişirilmiş biskvit xəmiri üçün burada təxminən 350 qram şəkər, 650 qram yumurta (xalis çəkidə) və 355 qram əla, yaxud 1-ci sort buğda unu götürülür.
Hazırlanması: yumurta dərin qazan və ya mikser qabına tökülüb üstünə şəkər tozu əlavə edilib, qazan su hamamına yerləşdirilib, çalınmaqla kütlə 40-30 dərəcə temperatura qədər qızdırılıb qazan