İlk mayasız xəmir - burada presləndirilmiş maya 25-35 dərəcə temperaturda suda əzilir, sonra içinə duz və un əlavə edilərək xəmir yoğrulur. İlk mayasız xəmir üçün ilk mayasız xəmirdəkindən ½ dəfədən artıq maya götürülür və daha bərk maya yoğrulur (Şəkil 2.80). Yoğrulmuş xəmir 3-4 saat isti (30-35 dərəcə) isti yerə qoyulub qıcqırdılır. Qıcqırma prosesində xəmir iki dəfə övkələnir. İlk mayasız xəmirin mayası artırılmaqla qıcqırması sürətləndirilib 2 saata çatdırıla bilər.
Mayalı xəmirdən pirojki və ponçik kimi məmulat hazırlanır.
1 kq. yağlı ilk mayalı, yaxud ilk mayasız xəmir üçün 650 qram un, 34 qram yağ, 42 qram şəkər, 1 ədəd yumurta, 7 qram duz, 20 qram maya və 270 qram su götürülür.
Çörəkbişirmədə əsas xammal kimi un, su, maya və duzdan istifadə olunur. Çörəkbişirmədə istifadə olunan əlavə xammal kimi yağ, şəkər, süd, yumurta və xaş-xaşdan istifadə olunur. Çörəkbişirmədə, əsasən, sıxılmış, duru və quru mayalardan istifadə olunur.
|
Şəkil 2.80. İlk mayasız xəmirin hazırlanması
|