Hər porsiya üçün burada 165 qram qoyun əti, yaxud 180 qram dana əti, 5 qram yağ (qovurmaq üçün), 150 qram hazır qarnir və 50 qram ət şirəsi götürülür.
File və qarnir - burada hazırlanmış can ətinin tikələri tavada 140-150 dərəcə temperaturda qızdırılmış yağın içinə salınıb hər iki tərəfdən lazimi dərəcəyə qədər, rostbif kimi qovrulur.
Həmin xörək isidilmiş buludda süfrəyə verilir və ətin yanına kartof qızartmasından, yaxud bol yağda qızardılmış kartofdan ibarət qarnir qoyulur (Şəkil 2.68).
Süfrəyə veriləndə bunun üstünə ət şirəsi əlavə edilir. Hər porsiya üçün burada 160 qram ət (can əti), 5 qram kərə yağı, 150 qram hazır qarnir və 5 qram yağ götürülür.
Natural langet - burada hazırlanmış yarımfabrikatdan hər porsiya üçün 2 tikə əsas üsul üzrə hər iki tərəfdən hazır olunca qovrulur (Şəkil 2.69).
Langet isidilmiş porsiyalıq buludda süfrəyə verilir və ətin yanına kartof qızartması, yaxud suda bişirilib qızardılmış kartofdan, yerkökündən, göy noxuddan, çiçək kələmindən, yaxud brüssel kələmindən, lobyadan və s. ibarət mürəkkəb tərkibli qarnir qoyulur (Şəkil 2.70).
Süfrəyə verilən zaman langetin üstünə ət şirəsi əlavə edilir. Hər porsiya üçün burada 160 qram can əti, 10 qram əridilmiş piy və 150 qram hazır qarnir götürülür.
Antrekot və kartof - burada hazırlanmış yarımfabrikat hər iki tərəfdən əsas üsulla qovrulur və hazır vəziyyətə gətirilir (Şəkil 2.71).
|