Hər porsiya üçün burada 300 qram mal əti (can əti), 1 baş soğan (yarısı basdırma üçün), 15 qram nar, yaxud 10 qram üzüm sirkəsi, 5 qram kərə yağı, 10 qram cəfəri, habelə dad üçün istiot və duz götürülür.
Qovrulmuş qoyun əti, yaxud dana əti və qarnir. Burada hazırlanmış iri ət tikələri tavaya qoyulub üstünə yağ əlavə edilir və plitənin üzərində qovrulduqdan sonra qızdırıcı şkafa qoyulub 200-250 dərəcə temperaturda hazır vəziyyətə gətirilir.
Qovrulan zaman bu ətin çıxan şirəsi vaxtaşırı qaydada öz üstünə əlavə edilir. Qovrulandan sonra qalan yağ və şirə rostbif üçün olduğu kimi emaldan keçirilir.
Süfrəyə verilən zaman ət porsiyalıq tikələrə (hə porsiyada 2-3 tikə) doğranıb yanına qarnir əlavə edilir; həmin qarnir qoyun əti üçün qarabaşaq şiləsindən, yağ içində, yaxud tomat içində lobyadan, bişirilmiş, yaxud qızardılmış kartofdan, nəhayət, dana əti üçün isə suda bişirilmiş, yaxud qızardılmış kartof, süddə bişirilmiş kartof, göy noxud, habelə 3-4 növ tərəvəzdən hazırlanmış mürəkkəb tərkibdən ibarət olur.