Yağ yerinə ət suyu, sadə su və ya tərəvəz sousundan istifadə edilə bilər (Şəkil 2.38). Lay halında bir yağ təbəqəsinə gərək qalmadan yeməyi ləzzətli etmək mümkündür. Qızartma hamburger, kotlet və toyuq sinəsi
maye yağ spreyindən istifadə edilərək və ət qəhvə rəngi alana qədər bişirilir. Daha sonra yeməyin buxarla bişməsinin tamamlanması üçün ət suyu və ya su əlavə edilir. Bu üsul arzu edilən qəhvəyi rəngi meydana
gətirəcək və əti nəmli tutacaq. Yeməklərə zəngin ləzzətlər qatmaq və fərqli bir növ üçün kərə yağı yerinə kartof püresi və ya toyuq suyundan istifadə etmək təcrübə edilir.
Yağsız hind toyuğu sinəsi qiymə ilə dəyişdirilir
Xüsusilə, pəhrizdə olanlar üçün qırmızı ətin azaldılması faydalı olacaq və qiymədən istifadə edilsə, bunu etmək daha asan olacaqdır. Yeməkdən bir neçə kalori və yağ nisbətini azaltmaq üçün yağsız hind toyuğu
sinəsini seçim etmək olar (Şəkil 2.39). Qiymədən istifadə edilərək edilən bir makaron da ət ehtiyacını qarşılaya bilər.
Ətlər durulanır
Toyuq və ya hind toyuğu sinəsi bişirildikdən sonra durulanır. Ətin üzərindəki həddindən artıq yağ götürülərək elə xidmət etmək lazımdır.
Yeməkləri tərəvəzlərlə zənginləşdirmək lazımdır
Hər vaxt yeyilən yeməklərin içinə tərəvəz əlavə etməyin bir çox yolu vardır (Şəkil 2.40). Kartof püresi və bişmiş gül kələm və ya kərəviz kökünün bir kombinasiyası ilə möcüzə bir yemək hazırlamaq olar. Makaron
salat, plov, göy noxud və kök əlavə edilərək zənginləşdirilir.
|
Şəkil 2.38. Ət suyundan istifadə
Şəkil 2.39. Yağsız hind toyuğu
Şəkil 2.40. Yeməklərin tərəvəzlərlə zənginləşdirilməsi
|