Kartoflar soyulur və naxışlı tərəvəz doğrayıcısıyla dilim dilim doğranılır. Soğanlar da soyulur və bütün şəkildə dilimlənir. Kökləri dilimlənir. 2 baş sarımsağın qabığını soyduqdan sonra bütün olaraq iki hissəyə bölünür. Doğranan tərəvəzlərin üzərinə zeytun yağı, duz və istiot əlavə edilir.
Bu tərəvəzlər də od üzərində qızardılmış tavada çevrilərək qızardılır. Boşqaba qızardılmış tərəvəzlər qoyulur. Sobada hazırlanan toyuqlar da yanına qoyulur. Pomidorla bəzədilərək süfrəyə təqdim olunur (Şəkil 2.29).
Közdə şabalıdın bişirilmə qaydası
Şabalıdlar yuyulur. Daha sonra şabalıdlar çərtilir və soyuq su dolu bir qabın içərisində 1 saat müddətində saxlanır. Sudan çıxarıldıqdan sonra şabalıdlar qurulanır və yüksək temperaturda közdə şabalıdlar bişirilir (Şəkil 2.30).
Közdə badımcan konservası
Badımcanlar 250 dərəcə temperaturda qızdırılmış sobada közlənir (Şəkil 2.31). Yumuşalana qədər fırından alınır və qabıqları soyulur.
|