Yeməyin hazırlanması
Qovurma ilə izqara arasında bir fərq vardır. Qril bişirmək yeməyi aşağıdan istiləşdirmək, qovurma isə yuxarıdan istiləşdirmə üsuludur. Hər iki halda da yemək, adətən, bişirmə zamanı bir dəfə çevrilir və bu bişirmə texnikasının əlamətdar xüsusiyyətləri olan qidaya fərqli qril işarələri verilərək ondan izqara kimi istifadə edilə bilər (Şəkil 2.26).
|
Şəkil 2.26. İzqara
|
Kabab üsulu
Ətin hər iki tərəfinin də bişməsinə əmin olmaq üçün hər tərəfi 4-6 dəqiqə bişirilir. Kabab manqalda edilirsə, əti kömürlə təmas etmədən tərpətmək lazımdır (Şəkil 2.27). Əks halda, həm ətin dadı pis olur, həm də sağlamlıq baxımından zərərlidir.
|
Şəkil 2.27. Kabab edilmə üsulu
|
Qril
Tez-tez eşidirik ki, qrildə hazırlanmış qidalar sağlamlığa ziyandır. Lakin düzgün qaydalara əməl etməklə bu formalı qidaların çoxlu üstünlüyü olur. Qidanı qrildə hazırlamağın ən yaxşı tərəfi odur ki, ekstra yağ əlavə olunmur. Ət məhsulları və tərəvəzlərin qrildə hazırlanması çox qısa vaxt alır ki, bu da qidanı dəyərli minerallar və vitaminlərin itirilməsindən qoruyur (Şəkil 2.28).
|
Şəkil 2.28. Qril hazırlanması
|
Həmçinin, qrildə hazırlanmazdan qabaq qidanı duzlamaq lazımdır. Bir neçə vacib qaydalara əməl etməklə qrildə hazırlamaq daha təhlükəsizdir. Üzərində yemək hazırlanan buxar barmaqlığı diqqətlə təmizlənməlidir. Yanmış yağ və əvvəlki qidadan qalmış qalıq zəhərli maddələrin mənbəyidir. Qrildə nəyi və necə qızartmaq da çox vacibdir. Soba bərabər şəkildə isidilməlidir. Bunun üçün xüsusi növ kömürlərdən də istifadə etmək olar.
Yağlı kağız sərilmiş soba xonçasına toyuq əzmələri düzülür. Üzərinə zeytun yağı, duz və istiot əlavə edilir. Əvvəlcədən isidilmiş 180 dərəcə temperaturda sobada bişirilir.