Zəif odda bişirmə üsulu
Bu üsulla kiçik hissələrə bölünmüş ərzaqlar az miqdarda su ilə və zəif odda bişirilir, həmin az su ilə də bişirildikdən sonra isə servis edilir. Qida dəyərinin qorunması baxımından ən yaxşı bişirmə üsuludur. Əsasən, qaz sobası və ya sobada bişirilir. Bu üsulla mükəmməl istilik dərəcəsi qaz sobasında 82 dərəcə, sobada isə 170 dərəcədir.
Əti su əlavə etmədən az odda öz suyu ilə bişirmək olar. Bu, digər üsullara nisbətən daha çox vaxt aparacaq. Lakin əmin olun ki, ləzzəti baxımından gözləməyə dəyər. Xüsusilə, quzu əti ilə hazırlanan yeməklərdə bu üsuldan istifadə edilir (Şəkil 2.21).
Qızartma üsulu ilə bişirmə
Ərzaqların sulu yağ və ya bitki yağlarında qızardılması üsuludur (Şəkil 2.22). Az və ya çox yağda qızartma olaraq iki yerə ayrılır. Qızartma qida dəyərinin çox itirilməsinə səbəb olduğu üçün ürək-damar xəstəliklərinin yaranmasına yol açır. Belə xəstəlikləri olan insanlar qızartma yeməklərdən uzaq olsalar, daha yaxşı olar.
Əti qızardaraq bişirmək çox yağlı olduğu üçün digər üsullara nisbətən sağlam hesab edilmir (Şəkil 2.23). İstər az, istərsə də bol yağda qızardılsın, yağ neytral və yüngül olmalıdır. Qızartma üçün ən ideal dərəcə isə 200-250 dərəcədir.
Dərin qızartma
Dərin qızartma - yeməyi isti və maye yağa qərq etməyi əhatə etdiyindən bunun əslində quru istilik bişirmə forması olduğu fikrinə alışmaq biraz vaxt tələb edə bilər. Ancaq isti yağın kiçik bir damla suya şiddətli reaksiyası görünürsə, deməli, yağ və su bir-biri ilə heç bir əlaqəsi olmayan və bir-birinə zidd olan inqrediyentlərdir. Səpələnmələrin qarşısını almaq üçün isti yağın içinə qoyulan hər hansı bir məhsulda artıq nəmliyin olmadığından əmin olunur (Şəkil 2.24).
|
Şəkil 2.21. Zəif odda bişirmə üsulu
Şəkil 2.22. Yağda qızartma
Şəkil 2.23. Ətin qızardılması
Şəkil 2.24. Dərin qızartma
|