Buxarda bişirmə üsulu
Ərzaqlar buxarda bişirilir. Bu üsulda qida dəyərinin itirilməsi az, həzm isə asan olur. Rəng və forma itmir, buna görə də estetik cəhətdən çox gözəl görüntü olur. Buxarda bişirmək üçün geniş bir qabda su qaynadılır, onun üzərinə dəlikləri olan bir qab və ya buxar qabı yerləşdirilir, ərzaqlar isə bu qaba qoyulur. Üzəri də qapaqla örtülür. Ərzaqlar yumşalana qədər bişirilir (Şəkil 2.18).
Sobada bişirmə üsulu
Burada ərzaqlar sobada bişirilir. Hər ərzağın bişirilmə dərəcəsi fərqlidir.
Soba əvvəlcədən 180-200 dərəcə temperaturda isidilir. Ətin yaxşı bişməsi üçün üzəri folqa ilə bağlanır. Sobada bişirmə üsulunun üstünlüyü əlavə yağa ehtiyac duyulmamasıdır (Şəkil 2.19). Beləliklə də, orqanizm üçün daha sağlam və ləzzətli ət hazırlanmış olur.
Mikrodalğanın başqa bir növü konveksiya mikrodalğalı sobadır. Bu tip mikrodalğalı soba çoxlu sayda yemək növünü bişirməyə imkan verir, çünki içərisində qida əlavə istiliyə məruz qalır.
|
Şəkil 2.18. Buxarda bişirmə üsulu
Şəkil 2.19. Sobada yemək bişirmə
|