Tərəvəzlər çox tez bişir. Buna görə bişirmə müddətinə diqqət edilməlidir. Tərəvəzləri
qaynatmaq əvəzinə, buxarda bişirməyə üstünlük verilməlidir. Çünki suda qaynadılmış
tərəvəzlər qida dəyərini itirir. Orqanizm tərəfindən tələb olunan vitamin və minerallar su
ilə axıb gedir.
Tərəvəz və meyvələri bişirdikdə qabığını soymamağa diqqət etmək lazımdır (Şəkil 2.11).
Qabıqlarında yüksək miqdarda vitamin olur. Onlardan faydalanmaq üçün qabıqlı istifadə
edilməsi tövsiyə olunur.
Göyərti, göbələk və soğan kimi əvvəlcədən qovrulması nəzərdə tutulan məhsullar yuyulduqdan
sonra qurulanır (Şəkil 2.12). Əks təqdirdə, su tavadakı yağ ilə qarışanda sıçrayır və
yeməyinizin sulanmasına səbəb olur.
Sağlam və ləzzətli bir yemək üçün təbii yağlara üstünlük verilir. Kərə yağı və zeytun yağı
kimi təbii yağlar ölçüsündə istifadə edildikdə sağlamlıq üçün faydalı olar. Belə yağlar
yeməyin ləzzəti və keyfiyyətini artırır. Ancaq qızartmalarda zeytun yağı istifadə
edilməməlidir. Çünki təbii zeytun yağı digər yağlara nisbətən daha tez yanır.
Makaron qaynadılarkən yağ əlavə etməyin heç bir faydası yoxdur (Şəkil 2.13). Yağ əlavə etmək
yerinə duz əlavə edilir və makaron qarışdırılır. Makaron qaynadıldıqdan sonra duz əlavə
etmək daha doğrudur. Çünki su qaynamadan əvvəl əlavə olunan duz suyun qaynama müddətini
uzadır.
Tavada yemək bişirildikdə tavanı inqrediyentlərlə həddindən artıq doldurmaq olmaz (Şəkil
2.14). Tava ağzına qədər doldurulduqda yeməklər bərabər şəkildə yayılmır, nəticədə, yemək
yaxşı bişmir. Tavanın altında qalan yeməklər isə çox tez yanır.
|
Şəkil 2.11. Tərəvəzlərin bişirilməsi
Şəkil 2.12. Göbələyin qovrulması
Şəkil 2.13. Makaronun qaynadılması
Şəkil 2.14. Tavada düzgün qaydada yemək bişirmək
|