Şirənin tərkibinə daxil olunan inqrediyentlər ümumi inqrediyent siyahısında sadalanır (Şəkil
2.7):
qida əlavələri, aromatizatorlar, qidaya bioloji aktiv əlavələr və qeyri-ənənəvi tərkibli
məhsulların inqrediyentləri;
qida dəyərliliyi - tərkibində saxaroza olan məhsulların qida dəyərliliyi haqqında
məlumatda karbohidratların miqdarından başqa, 100 qr.-da (ml, sm3) olan saxarozanın
miqdarı göstərilir;
süd, süd inqrediyentləri və ya mürəkkəb tərkibli xammaldan hazırlanmış məhsullar üçün
hazır məhsulda olan turş süd bakteriyaları (əgər varsa), bifidobakteriyalar (əgər
varsa), probiotiklər (əgər varsa) və mayaların (əgər varsa) (1qr. məhsulda koloniya
əmələ gətirən vahidlərin miqdarı (KƏGV)) miqdarı (əgər məhsulun istehsal olunduğu
sənəddə belə tələblər varsa);
Şəkil 2.7. Şirənin tərkibinə daxil olunan
inqrediyentlər
saxlama şərtləri;
istehsal tarixi və qablaşdırma tarixi;
yararlılıq müddəti (dondurmadan başqa);
saxlama müddəti (dondurma üçün);
realizə müddəti;
hazır xörəklərin hazırlanma üsulu və şərtləri (süd yarımfabrikatları və konsentratlar üçün).
Bitki mənşəli zülal preparatlarından hazırda yalnız ənənəvi ət məhsullarının çıxarının
artırılmasına səbəb olan qida əlavəsi kimi deyil, həm də kombinə olunmuş ət məmulatlarının
əsas tərkib hissəsi kimi də istifadə olunur. Soya bitkisindən alınan zülal preparatlarına
xüsusi yer ayrılır (Şəkil 2.8).
Burada əsas ilkin məhsullar bunlardır:
50% zülaldan ibarət yağsızlaşdırılmış soya unu;
70% zülaldan ibarət soya konsentratı;
90% zülaldan ibarət soya izolyatı.
Şəkil 2.8. Soya bitkisi
Soyadan başqa, zülal preparatları noxud, günəbaxan, qarğıdalı, pambıq və digər bitkilərdən
də hazırlanır. Soya kimi, onlardan da yüksək zülallı un və konsentratlar alınır.