Yeməyin hazırlanması
Zülallar, yağlar və karbohidratların miqdarı və kalorilik/enerji dəyəri haqqında məlumat
yalnız o zaman göstərilir ki, bu göstəricilərin 100 q (ml, sm3) qida məhsulunda olan miqdarı
ən azı 2%, mineral maddə və vitaminlər üçün isə tövsiyyə edilən gündəlik istehlak
normasından ən azı 5% olsun.
İnqrediyentlərin saxlanma şərtləri
Xüsusi saxlama şəraiti (aşağı temperatur, havanın müəyyən rütubəti, işıq rejimi və s.) tələb
olunan məhsullar üçün saxlama şəraiti o halda göstərilir ki, bu məhsulların istehsal
olunduğu müvafiq sənədlərdə saxlama şəraitinə olan tələblər müəyyən edilsin.
Konservləşdirilmiş məhsullar üçün qab açıldıqdan sonra saxlama şərtləri göstərilə bilər
(Şəkil 2.5).
|
Şəkil 2.5. Konservləşdirilmiş məhsullar
|
Yararlılıq müddəti
Yararlılıq müddəti istehsal tarixindən hesablanır. Yararlılıq müddəti istehsalçı tərəfindən müəyyən
edilmiş saxlama şəraiti qeyd edilməklə təyin edilir. Yararlılıq müddəti aşağıdakı kimi göstərilə
bilər:
- “yararlıdır ____ (saat, sutka, ay və ya il)”,
- “yararlıdır ___ (tarix)dək”, “____ (tarix)dək istifadə etmək”.
Əgər qida məhsulunun yararlılıq müddəti “yararlıdır ___dək” və ya “_____dək istifadə edilməlidir”
sözlərindən sonra göstərilmişdirsə, istifadə müddətinin bitməsi: gün, ay, il; yararlılıq müddəti 3 aydan
çox deyilsə: ay, il; əgər yararlılıq müddəti 3 aydan çoxdursa: yararlılıq müddəti göstərilən ayın
birinədək davam edir.
Əgər yararlılıq müddəti saatlarla hesablanırsa, “...saat ərzində yararlıdır” qeyd olunur.
Yararlılıq müddəti 3 aydan çox olan zaman gün, ay və il qeyd edilməsinə icazə verilir. Bu halda
yararlılıq müddəti istehlak tarasında göstərilən günədək davam edir.
Saxlama müddəti
İstehsalçı qida məhsulları üçün saxlama müddətini göstərə bilər. Qida məhsullarının saxlanma
müddəti istehsal tarixindən hesablanır və aşağıdakı kimi göstərilir: “saxlama müddəti
_____(tarix)-dək”, “saxlama müddəti _____ (gün, ay və ya il)” (Şəkil 2.6).
|
Şəkil 2.6. Məhsulun saxlanma tarixi
|