İstifadə edilməli resurslar:
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. Əməyin təhlükəsizlik qaydalarına diqqət etdinizmi? | ||
2. Gigiyenik qaydalara əməl etdinizmi? | ||
3. Yüksək qidalılıq dəyərinə baxmayaraq, ət, toyuq və balıq məhsullarını düzgün saxlamadıqda müxtəlif mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitin yarana bilməsini diqqətdə saxladınızmı? | ||
4. Saxlama qabiliyyətinə görə ət, toyuq və balığın tez xarab olan məhsul olduğunu nəzərdə saxladınızmı? | ||
5. Ət məhsullarının saxlanmasında xarici mühit amillərinin təsirinin keyfiyyət dəyişikliyi və qidalılıq dəyərinin aşağı düşməsinə səbəb olmasını nəzərdə saxladınızmı? | ||
6. Ət, toyuq və balığın doğranmasında istifadə edilən kəsici alətlər və taxtaları mükəmməl yuyub təmizlədinizmi? | ||
7. Doğrama başa çatdırıldıqdan sonra alətləri mütləq təkrar təmizləyin, yuyun və dezinfeksiya etdinizmi? | ||
8. Ət, toyuq və balıq kimi məhsulları digər çiy qidalarla eyni yerdə saxlamamağı diqqətdə saxladınızmı? | ||
9. Ət, toyuq və balıq kimi məhsulların saxlanmasında temperatur rejiminə əməl etdinizmi? | ||
10. Uyğun temperaturun tətbiqinin məhsulların saхlanması zamanı gedən bütün proseslərin intensivliyinə təsir göstərməsini diqqətdə saxladınızmı? | ||
11. Təhlükəsiz dondurma və soyutmanın birbaşa temperaturdan asılı olmasını diqqətdə saxladınızmı? | ||
12. Ət məhsullarını tək istifadəli hissələrə bölərək qida ilə təmasda uyğun qablaşdırmada dondurucuda saxladınızmı? | ||
13. Əti keyfiyyətli saxlamaq üçün polad və ya şüşə tərkibli qablardan istifadə etdinizmi? | ||
14. Ət və toyuq məhsullarının bir-birinə təmas etməyəcək şəkildə saxlanmasını da diqqətdə saxladınızmı? | ||
15. Ət məhsulları doğranan zaman əllərin zədələnməməsinə diqqət etdinizmi? |