İstifadə edilməli resurslar
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. Əməyin təhlükəsizlik qaydalarına diqqət etdinizmi? | ||
2. Gigiyenik qaydalara əməl etdinizmi? | ||
3. Çörəyin qidalılıq dəyərini artırmaq üçün fizioloji tələbatı ödəyən enerji və əsas qida maddələri və onların kompleks xassələrini diqqətdə saxladınızmı? | ||
4. Çörək-bulka məmulatlarının qidalılıq dəyəri üçün ayrı–ayrı əhali qruplarının qida maddələri və enerjiyə olan gündəlik tələbatı nəzərdə saxladınızmı? | ||
5. Çörəyin qidalılıq dəyərinin dənin sortu, un alınacaq hissəsi, eləcə də unun alınma üsulu və digər ərzaqlarla uyğunlaşdırılmasından asılı olmasını nəzərdə saxladınızmı? | ||
6. Çörəyin qidalılıq nöqteyi-nəzərindən kalsium, fosfor, maqnezium və dəmirin daha çox əhəmiyyət kəsb etdiyini diqqətdə saxladınızmı? | ||
7. Məhsuldarlığı yüksək olan və kəpəkli buğda sortlarının üyüdülməsindən alınan undan bişirilmiş çörəkdə mineral maddələrin miqdarının daha çox olmasını nəzərdə saxladınızmı? | ||
8. Kəpəkli buğda unundan hazırlanan çörəkdə dəmirin miqdarının əla sort undan hazırlanan çörəyə nisbətən 5 dəfə çox olmasını nəzərdə saxladınızmı? | ||
9. Çoxlu minerallar və kəpək əlavə edilmiş undan bişirilmiş çörəklərin daha faydalı olmasını diqqətdə saxladınızmı? | ||
10. Çörəyin qida dəyərini artırmaq üçün fosforlu konsentratlar, səməni şəkəri preparatları və duz mayalarından istifadə etdinizmi? | ||
11. Çörəyin dadının xəmirin yoğrulması zamanı istifadə olunan su və onun tərkibində olan duzların miqdarından asılı olmasını diqqətdə saxladınızmı? | ||
12. Distillə suyu və yumşaq artezian suyunda duzun az olmasını nəzərdə saxladınızmı? | ||
13. Çörəyin mineral maddələrlə zənginləşdirilməsi zamanı istifadə olunan suyun codluğunu diqqətdə saxladınızmı? |