Menyuda çox sayda təklif qoyulmamalıdır. Çox qida seçimi müştəriləri özlərindən uzaqlaşdıra bilər. Çünki çox seçim qarşısında qərar verə bilmədikləri sübut edilmişdir. Buna görə 4-5 əsas yemək təklif etmək optimaldır. Əlaqədar məhsullar (çörək, souslar, içkilər və s.) əlavə edilə bilər.
Ayrıca, menyu səhifələri bol miqdarda qida şəkilləri ilə bəzədilməməlidir. Bu əlbəttə ki, müştərilərin iştahasını oyatmaqla yanaşı, eyni zamanda onları seçimdən yayındırar.
Qızıl Üçbucaq Qaydasına sadiq qalmaq lazımdır (Şəkil 1.14).
“Qızıl üçbucaq” qaydası insanların menyulara baxarkən diqqət yetirdikləri üç əsas sahəni nəzərdə tutur.
Düzgün şrift - əsas mətn üçün istifadə olunan şrift menyunun cəlbediciliyinə əhəmiyyətli töhfə verir. Oxunan və müəssisənin ümumi üslubuna uyğun olmalıdır.
Çıxıntısız şriftlərdən ((ing. sans-serif) - simvollarının aşağı, yaxud yuxarı uclarında qısa ştrixlər, yaxud naxışları olmayan şrift) istifadə etmək məsləhətdir. 2-3 əsas şriftə diqqət yetirmək vacibdir. Əks təqdirdə menyu yöndəmsiz görünür.
Restoranın mövzusu nəzərdə tutulursa, o zaman zərif və əlyazma şrift üslublarını seçmək yaxşıdır. Ancaq bu vəziyyətdə yazıların oxunaqlı olmasına da diqqət yetirilməlidir (Şəkil 1.15).
Qalın tip, boşluq və digər məqamlar mətnin qalan hissəsi ilə uyğun olmalı və menyunun ümumi görünüşünü pozmamalıdır.
Xarici qonaqlar üçün menyunu uyğunlaşdırmaq vacibdir. Xüsusilə də, ən yüksək səviyyəli restoranlara başqa ölkələrin nümayəndələri tez-tez baş çəkirlər. Menyu tərtib edərkən bunu nəzərə almaq vacibdir. Xarici qonaqların yeməklərin adlarını başa düşmələri üçün onları bir neçə dilə tərcümə etmək lazımdır.