Aşpaz
|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Duzlu dadın hiss olunması üçün әn әlverişli temperatur hansıdır?
A) 12–15ºC;
B) 18–20ºC;
C) 40–45ºC;
D) 25–30ºC.
2. Qida mәhsullarının enerji dәyәri hansı ölçü vahidi ilә ifadә olunur?
A) Kkal, yaxud kcoulla litr, yaxud tonla;
B) Kq, yaxud tonla;
C) ºC ilә;
D) sm3
3. Qida mәhsulları istehsalında texnoloji emal zamanı dad vә әtrin әmәlә gәlmәsindә iştirak edәn birlәşmәlәrә hansılar aiddir?
A) Su, xlorofill vә sellüloza;
B) Sellüloza, mikroelementlәr vә makroelementlәr;
C) Yağ, şәkәr vә turşular;
D) Makroelementlәr, sellüloza vә yağlar.
4. “Tәmizlәyib qaydaya salmaq” dedikdә, nә nəzərdə tutulur?
A) Cәmdәyin çirklәr vә digәr yad cisimlәrdən mexaniki tәmizlәnmәsi;
B) Buynuzlar, dırnaqlar vә quyruğun kәsilmәsi;
C) Cәmdәyin soyuq su ilә yuyulması;
D) Ətin qaba damarlar, birlәşdirici toxumalar, qığırdaq vә artıq piylәrdən tәmizlәnmәsi.
5. Soyuq şorbaların maye әsasına aşağıdakılardan hansı daxildir?
A) Çörәk kvası, çuğundur hәlimi, turşudulmuş süd və meyvә hәlimi;
B) Quş әti hәlimi, sitrus meyvәlәrin şirәsi, çuğundur hәlimi və meyvә hәlimi”
C) Çörәk kvası, balıq hәlimi, albalı şirәsi, turş süd mәhsulları və meyvә hәlimi”
D) Çörәk kvası, çuğundur hәlimi, turş süd mәhsulları, süd, düyü hәlimi və sitrus meyvәlәrinin şirәsi.
6. Ətli souslara hansılar aiddir?
A) Sarı vә qırmızı;
B) Tünd vә açıq;
C) Qırmızı və ağ;
D) Şabalıdı vә sarı.