Sadəcə bir dəfə istifadə olunan qida qablarının son illərdə daha çox istifadə olunduğunu
nəzərə alsaq, bu tullantı həcminin necə sürətlə artacağını təsəvvürümüzdə canlandıra
bilərik. Məsələnin ən təhlükəli tərəfi isə plastikin təbiətdə yox olma (ərimə) müddətinin
çox olmasıdır (təxminən 1000 il). Bu gün atılan plastik kütlənin məhv olacağı 1000 il
ərzində milyardlarla ton yeni plastik tullantılar yaradacaq ki, təbiət onlarla tək başına
mübarizə aparmaq əzmində deyil. Bu problemdən qurtulmanın yeganə yolu onun emalıdır.
Qablama kağızı - bunlardan çeşidli maddələrin qablaşdırılmasında istifadə
olunur. Məsələn, qırılma ehtimalı olan məhsulların arasına qoyularaq onların zədələnib
korlanmasının qarşısı alınır və yeyinti sahəsində meyvə-tərəvəz, şəkər tozu və un kimi qida
məhsullarının qablaşdırılmasında istifadə olunur (Şəkil 1.47).
|
Şəkil 1.47. Qablaşdırma kağızı
|