- Tam yumurta yerinə bir yumurta əvəzedicisi və ya qırılmış yumurta paketindən də istifadə edə bilərsiniz. Yarım yumurtanı düzgün müəyyənləşdirmək və ölçmək üçün paketdəki təlimatları izləyin. Yumurtanın təzəliyini təyin edən zaman təzə yumurtanı duzlu suya buraxdıqda dibə batır. Bayat yumurta isə suyun üzünə çıxır. Əvvəlcə yumurtanın iti küncü yüksəkdə qalır. Yumurta nə qədər bayatsa o qədər suyun üzünə çıxar (əslində suyun duzlu olması şərt deyil, lakin duzlu suyun qaldırma xüsusiyyəti daha çox olduğundan bayat yumurtanı daha dəqiq anlamaq mümkündür). Yumurtanın rahat yerləşə biləcəyi bir stəkana su doldurulur, təxminən 1 qaşıq duz içinə atıb qarışdırılır və yumurtaları tək-tək içinə buraxaraq test edilir (Şəkil 1.37);
|
Şəkil 1.37. Yumurtanın duzlu suda təzəliyinin təyini
|