Aşpaz
- qida məhsullarında aşkar korlanma, dağılma və çürümə əlamətlərinin olması, habelə tərkibindəki radioloji, toksikoloji, fiziki, kimyəvi və mikrobioloji maddələr və onların birləşmələrinin qalıq səviyyəsinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda müəyyən edilən səviyyədən artıq olması səbəbindən insan istehlakı üçün yararsız olduqda;
- qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.
Aşağıdakı hallarda yem məhsulları təhlükəli hesab edilir:
- heyvan sağlamlığına mənfi təsir göstərdikdə;
- qida istehsal edən heyvanın məhsulunu insan istehlakı üçün yararsız etdikdə.
Şəkil 1.28. Təhlükəli qida məhsulları
Qida və yem məhsullarının təhlükəliliyi müəyyən edilərkən aşağıdakı səbəblər əsas götürülməlidir:
- həmin məhsulların təyinatı üzrə qidalanma üçün istifadəyə yararsız olması;
- kif bağlaması;
- xarab olması;
- yad cisimlə çirklənməsi;
- çürüyərək çirklənməsi;
- digər çirklənmə səbəbləri.
Təhlükəli hesab edilən qida və yem məhsulu aşağıdakı hallarda təhlükəli hesab edilir:
- bir bağlama, partiya, yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda;
- qiymətləndirmə aparılmaqla həmin bağlama, partiya və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda.
Qida və yem məhsullarına, o cümlədən, heyvan və bitki mənşəli, habelə qarışıq tərkibli qida və yem məhsullarına, və onların ilkin istehsalına, emalına və dövriyyəsinə dair gigiyenik tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.
Genetik modifikasiya olunmuş yem məhsullarına dair tələblər
Genetik modifikasiya olunmuş yem məhsulları aşağıdakı tələblərə cavab verməlidir:
- insan həyatı və sağlamlığı, heyvan və bitki sağlamlığı və ətraf mühitə mənfi təsir etməməli;