Yeməyin hazırlanması
Qida obyektlərində istifadə olunan qida məhsullarına dair gigiyena tələbləri
Qida subyektləri diri heyvanlar və ya qida məhsullarının emalında istifadə olunan materiallar istisna olunmaqla, aşağıdakı inqrediyentlər və ya məhsulları qəbul etməməlidir:
- son hazır məhsulu insan istehlakı üçün yararsız vəziyyətə salan;
- habelə parazitlər, patogen mikroorqanizmlər və ya toksinlərlə çirklənmiş;
- kənar maddələrlə çirklənmə ehtimalı müəyyən edilmiş xammal (ərzaq xammalı, qablaşdırma materialları və s.).
Qida obyektində bütün xammal və inqrediyentlər xarab olma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmalıdır (Şəkil 1.26).
|
Şəkil 1.26. İnqrediyentlərin düzgün şəraitdə saxlanması
|
Qida məhsulları qida zəncirinin bütün mərhələlərində sağlamlıq üçün isə zərərli və ya insan tərəfindən istehlakını qeyri-mümkün edəcək çirklənmədən mühafizə olunmalıdır.
Ev heyvanları və zərərvericilərin qida məhsullarının hazırlandığı, istifadə olunduğu və ya saxlandığı yerlərə girişinin qarşısının alınması üçün nəzarət tədbirləri həyata keçirilməlidir.
Xammal, inqrediyentlər və aralıq və hazır məhsullar insan sağlamlığı üçün risk yarada biləcək, eləcə də patogen mikroorqanizmlərin çoxalması, yaxud toksinlərin formalaşdırılmasına şərait yaradan temperaturda saxlanmamalıdır.
Qida məhsullarının aşağı temperaturda saxlanması və servis edilməsi (xidmət göstərilməsi) hallarında və ya heç bir termiki emal prosesi tətbiq edilmədikdə məhsullar yekun hazırlıq mərhələsindən sonra insan sağlamlığı üçün təhlükə yaratmayacaq temperatura qədər soyudulmalıdır (Şəkil 1.27).
Dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donun açılması nəticəsində yaranan maye emal sahəsindən kənarlaşdırılmalıdır.
|
Şəkil 1.27. Qida məhsullarının servis edilməsi
|
Qida təhlükəsizliyi sahəsinə tələblər
Təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, emalı və dövriyyəsi qadağandır (Şəkil 1.28). Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:
- qida məhsulları indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli dövrdə birbaşa və ya dolayı yolla zərərli olduqda;