Makoron məmulatlarından külləmə edilmiş xörəklər hazırlandıqda makoron məmulatları az miqdar suda (1 kq makoron məmulatına 2,2 litr su və 30 qram duz) suyu süzülmədən bişirilir.
Reseptdə nəzərdə tutulmuş yağ və xama norması dəyişdirilə bilər. Belə ki, 10 qram yağ əvəzinə, 20 qram yağ, 20 qram xama əvəzinə isə 40 qram xamadan istifadə edilə bilər. Bu halda xörəyin çıxar norması artırılmalıdır.
Makaron məmulatından həm müstəqil xörək, həm də qarnir kimi istifadə edilir.
Yumurtadan hazırlanan xörəklər
Yumurtadan xörəklər hazırlamaq üçün təzə toyuq yumurtaları, insanların bir o qədər də meyl göstərmədiyi melanj (dondurulmuş yumurta) və ya yumurta tozundan istifadə edilir.
İstifadə edilməzdən əvvəl yumurtalar 1-2%-li kalsium duzlu isti suda, sonra isə 0,5%-li xloraminli məhlulda yuyulur və sonda təmiz su ilə yaxalanır. Hazırlanacaq xörəklər üçün istifadə ediləcək II kateqoriyalı toyuq yumurtalarının kütləsi orta hesabla qabıq tullantısı ilə birlikdə 46 qram, qabıq isə qabıq divarlarında sındırıldıqdan sonra boşalmadan qalan seliklə birlikdə itkilər 12,5% qəbul edilir.
Bunlara əsaslanaraq reseptlərdə çiy və bişmiş yumurtaların (qabıqsız) çıxar kütləsi 40 qram qəbul edilir. Yumurta 61% yumurta ağı və 39% yumurta sarısından ibarətdir.
Dəniz məhsullarından hazırlanan xörəklər
Dəniz məhsulları yalnız realizəsi tələb olunduğu anda hazırlanmalı və bişirilməlidir. Dəniz məhsulları bişirildikdə suya hər paya 0,01 qram qara dənəvər istiot və 0,01 qram dəfnə yarpağı əlavə edilir. Tərəvəz kökləri və duzun miqdarından reseptdə göstərildiyi miqdarda istifadə edilir.