Yarımfabrikatlardan hazırlanan borşlar
Sənaye texnologiyası ilə borş yarımfabrikatı – borş əlavəsi istehsal edilir. Hazır konervləşdirilmiş və tez dondurulmuş tərəvəz yarımfabrikatlarından – borş əlavəsindən müxtəlif borşların hazırlanmasında istifadə edilir. Onun tərkibi çuğundur, yerkökü, baş soğan, cəfəri, tomat püresi, yağ, şəkər tozu, sirkə və ədviyyatlardan ibarətdir. Bunların miqdarı reseptlər məcmuəsində nəzərdə tutulan nisbətdədir. Borş əlavəsi lazım olan istilik emalından keçirilmiş və istifadə üçün hazır vəziyyətdə olur. Borş əlavəsindən kartof, tərəvəz və digər məhsullar əlavə edilməyən, ət həlimi, ət və ət məhsulları ilə hazırlanan borşlar, həmçinin, kələmli, kartoflu, paxlalı və digər məhsullu borşların hazırlanmasında istifadə edilir (Şəkil 1.21).
|
Şəkil 1.21. Yarımfabrikatlardan hazırlanan borş
|